Strongmenlərimiz uğur qazandılar

67

 

 

Azərbaycanın 3 strongmen idmançısı Gürcüstanda kecirilən Beynəlxalq Gran-Pri turnirində iştirak edib.

5-6 may tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Strongmen Federasiyasının dəstəyi ilə Gürcüstanda keçirilən Beynəlxalq Gran-Pri turnirinə yollanan 3 strongmen idmançımızdan 2-i qızıl medal qazanıb. Digər idmançımız isə 5-ci yerlə kifayətlənib.

Belə ki, çəkisi 80 kq olan idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Dünya, Avropa çempionu, Azərbaycan Respublikasının eləcə də, beynəlxalq dərəcəli idman ustası Mingəçevirli Rövşən Xəlilov bütün rəqiblərindən güclü olduğunu sübut edərək fəxri kürsünün zirvəsinə yüksəlməyi bacarıb.

Çəkisi 105 kq-dan çox olan idmaçilar arasında isə Humbətov çempion adını qazanıb.

Digər təmsilçimiz Nicat Hüseynov isə 105 kq çəkidə çıxış edən 14 idmançı arasında 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Almaniya, Estoniya, Latviya, İran, İsrail dövlətlərindən 50-dən çox idmançı işdirak edib.

Strongmen Federasiyasnin Prezdenti Bəxtiyar Quliyev qeyd edib ki, idmançılarımızı qarşıda daha möhtəbər yarışlar gözləyir. Biz də idmançılarımıza gələcək yarışlarda uğurlar arzu edirik.

Esmira Hidayətova, Mingəçevir.