“STAR” –  strateji ortaqlığın ən mühüm layihəsi

0
611

“SOCAR Türkiyə” qardaş ölkənin ən böyük sənaye şirkəti səviyyəsinə yüksəlmək niyyətindədir. Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev iyunun 6-da İstanbulda “STAR” neft emalı zavodu layihəsinin maliyyələşdirilməsi məqsədilə keçirilən imzalanma mərasimindəki çıxışında deyib.

R.Abdullayev bildiribki, “SOCAR”ın Türkiyədə həyata keçirdiyi investisiyalar bizdə böyük qürur hissi yaradır. Biz “Petkim”in özəlləşdirilməsindən sonra həyata keçirilən layihələrlə “Bir millət, iki dövlət” ideyasının reallaşması yolunda böyük addımlar atırıq. Petkim yarımadasında Türkiyənin ilk kimya sənayesi parkı olan “Value-Site” layihəsi, Trans-Anadolu (TANAP) layihəsi çərçivəsində həyata keçirilən investisiyalarla Türkiyədə ən böyük sərmayədar olmaqdan böyük sevinc duyuruq. Biz Türkiyənin gələcəyinə və qardaşlığımıza inamımızın ən gözəl örnəklərini reallaşdırırıq.
ARDNŞ-in prezidenti qeyd edib ki, “STAR” neft emalı zavodu 2018-ci ildə istehsala başladıqdan sonra Türkiyənin ikinci böyük sənaye şirkəti olacaqdır. 2018-ci ildə isə ARDNŞ Türkiyədəki üç böyük holdinq arasında öz yerini alacaqdır. Hədəfimiz isə 2023-cü ildə “STAR” neft emalı zavodunun Türkiyənin ən böyük sənaye şirkəti olmasıdır.

“SOCAR-Türkiyə” şirkətinindirektoruKənanYavuzdeyşbki, 2011-ciiloktyabrın 25-də AzərbaycanRespublikasınınPrezidenti İlham Əliyevvə TürkiyəninBaş nazirihörmətliRəcəbTayyib Ərdoğantərəfindəntəməliqoyulan “STAR” neftemalı zavoduTürkiyə-Azərbaycanqardaşlığınınvə stratejiortaqlığının ənmühümlayihəsidir. Bu layihə Türkiyə tarixində özəl sektor tərəfindən inşa edilən ilk emal zavodudur.
“SOCAR-Türkiyə”nin direktoru qeyd etmişdir ki, layihə ölkə sənayesinin rəqabət gücünü artıracaq, ixracat və iş yerlərinin yaradılması imkanlarını genişləndirəcəkdir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here