Standartdan kim çıxıb?

0
317

Paytaxtda fəaliyyət göstərən bəzi yanacaqdoldurma məntəqələri yaşayış binalarına və iaşə obyektlərinə yaxın ərazilərdə yerləşir. Bu isə ərazidə yaşayan sakinlər üçün təhlükə mənbəyidir.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov mövzu ilə bağlı sualımıza belə münasibət bildirdi: “Yanacaqdoldurma məntəqələri haqqında konkret standartlar var. Həmin standartlarda yaşayış massivindən ən azı 50-100 metr aralı olması göstərilir. Ancaq burada maraqlı bir məsələ ortaya çıxır. Bakı şəhərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin böyük əksəriyyəti vaxtı ilə, yəni istifadəyə verilərkən dediyimiz standartlara uyğun olunub. Yəni həmin məntəqələr yaşayış binalarından, yaşayış massivindən çox aralı olub. Amma vaxt keçdikcə şəhər böyüyüb və şəhər böyüdükcə də istər-istəməz binaların sayı artıb, sıxlıq baş verib. Bu gün biz xüsusən, Bakıda belə faktlara çox rast gəlirik. Yanacaqdoldurma məntəqələri var ki, binalarla arasında heç 50 metr məsafə yoxdur. Təbii ki, bu problemli bir məsələdir. İstənilən halda – şəhərin böyüməsi nəzərə alınmaqla, gələcəkdə yanacaqdoldurma məntəqələrinin inşası zamanı qanunvericilikdə nəzərdə tutulmuş standartlar gözlənilməlidir”.
Ruzbeh Məmməd