Şri-Lankada ölənlərin sayı 215-ə çatıb

464

Bu gün Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə paytaxtın kənar yaşayış hissələrində törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215-ə çatıb. Ölənlər arasında Çin, ABŞ, Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan və Banqladeş vətəndaşları da var.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada törədilmiş terror aktlarını pisləyib. XİN açıqlamasında Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayıb. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralılara tezliklə şəfa tapmalarını diləyib.