Şövqi Hüseynov “Dəlinin qeydləri” ile festivala gedir

0
505

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi may ayında daha bir Beynəlxalq Festivalda iştirak etmək üçün dəvət alıb. Yaradıcı heyət Moskva vilayətinin Lobnya şəhərində keçiriləcək “Rus klassikası” Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Hər il ənənəvi olaraq keçirilən festival cari ilin may ayının 21-dən – 29-dək davam edəcək. Festivalda ölkəmizi teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynov N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edəcək.
Festivalda ölkəmizlə yanaşı, Almaniya (“Нина, или о хрупкости чаек”), ABŞ (“Василий + Федерико”), İspaniya (“В Париже”), İsrail (“Петер@бург”) və Rusiyanın (“Последный срок”), (“Москва – петушки. Поэма”), (“Печорин”) müxtəlif şəhərlərindən olan nüfuzlu teatr kollektivlərinin tamaşaları nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, 1995-ci ildən keçirilən festivalın əsas məqsədi zəngin irsə malik klassik Rus ədəbiyyatı, musiqi və xoreoqrafiyasını əhatə edən Rus teatr incəsənətinə gənc auditoriyanın marağını daha artırmaq, uşaqların tərbiyə olunması və inkişafında yeni teatr metodlarından geniş istifadə etməkdir.