Sosial şəbəkələr uşaqlarda asılılıq yaradır

0
568

Psixoloq Anara Baxşəliyeva: “Uşaqların çoxu sosial şəbəkələrdən ünsiyyət tələbatını ödəmək məqsədi ilə istifadə edirlər”. Sosioloq Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələrdə yaradılan siyasi, dini qruplaşmalar gənclərimizə mənfi təsir edir”.

Günümüzün ən aktual mövzularından biri də sosial şəbəkələrin insan həyatına təsiridir. Böyükdən-kiçiyə, hamının istifadə etdiyi sosial şəbəkələr bəzən faydalı, bəzən də zərərli ola bilir. Hazırkı dövrdə nəinki böyüklər, hətta uşaqlar da sosial şəbəkələrdən istifadə edirlər. Televiziyadan, mətbuatdan sosial şəbəkələrin səbəb olduğu virtual dostluqlar haqqında eşidirik. Bunların bəziləri uğurlu, bəziləri də uğursuz olur. Mövzuya aydınlıq gətirən “Loqos” Psixoloji və Nitq Mərkəzinın uşaq psixoloqu Anara Baxşəliyeva bildirdi ki, uşaqların sosial şəbəkələrdən istifadəsinin əsas səbəbi ünsiyyət əskikliyidir: “Uşaqların çoxu sosial şəbəkələrdən ünsiyyət tələbatını ödəmək məqsədi ilə istifadə edirlər. Statistikaya əsasən, ailədaxili problemləri olan, məktəbdə yoldaşları ilə ünsiyyəti zəif olan uşaqlar sosial şəbəkələrə daha çox meyil edirlər. Çünki birtərəfli informasiya vasitəsi olan sosial şəbəkələr uşaqların ünsiyyət tələbatını ödəyir və virtual da olsa dostluqlar qurmasına səbəb olur. Uşaqlar, yeniyetmələr sosial şəbəkələrdə öz anonimliyini qoruyur, müxtəlif adlardan, şəkillərdən istifadə edirlər. Öz həyatlarında risk edib deyə bilmədiklərini orada yazırlar. Sosial şəbəkələrin zərərləri olduğu qədər faydalarının da olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu əlavə etdi: “Sosial şəbəkələr insanlar arasında ünsiyyətin, münasibətlərin qurulmasına kömək edir”. “Çox təəssüf ki, ölkəmizdə hələ də sosial şəbəkələrdən doğru istifadə edənlərin sayı kifayət qədər deyil. Hazırkı dövrdə sosial şəbəkələr ancaq gənclərimizin vaxt itkisinə, mənəvi aşınmasına, virtual xəyanət nəticəsində ailələrin dağılmasına səbəb olur. Sosial şəbəkələr uşaqlara, yeniyetmələrə də mənfi təsir edə bilər. Məsələn, son illər sosial şəbəkələrdə siyasi, dini qruplar yaranıb. Bu qrupa daxil olan gənc və ya uşaq özü də bilmədən təsir altına düşür və başqa istiqamətlərə yönəlir”, – deyən sosioloq bu sahədə ölkədə maarifləndirmə işlərinin aparıldığını da vurğuladı.

Günümüzün ən aktual mövzularından biri də sosial şəbəkələrin insan həyatına təsiridir. Böyükdən-kiçiyə, hamının istifadə etdiyi sosial şəbəkələr bəzən faydalı, bəzən də zərərli ola bilir. Hazırkı dövrdə nəinki böyüklər, hətta uşaqlar da sosial şəbəkələrdən istifadə edirlər. Televiziyadan, mətbuatdan sosial şəbəkələrin səbəb olduğu virtual dostluqlar haqqında eşidirik. Bunların bəziləri uğurlu, bəziləri də uğursuz olur. Buna görə də valideynlər uşaqlarının internetdə danışdıqları şəxsləri, qurduqları dostluqları dərindən araşdırmalı, onları daim nəzarət altında saxlamalıdırlar. Bəs, görəsən, uşaqları nə üçün sosial şəbəkələrə meyl edirlər? Onların sosial şəbəkələrdən istifadə etmələri nə dərəcədə doğrudur? Mövzuya aydınlıq gətirən “Loqos” Psixoloji və Nitq Mərkəzinın uşaq psixoloqu Anara Baxşəliyeva bildirdi ki, uşaqların sosial şəbəkələrdən istifadəsinin əsas səbəbi ünsiyyət əskikliyidir: “Uşaqların çoxu sosial şəbəkələrdən ünsiyyət tələbatını ödəmək məqsədi ilə istifadə edirlər. Statistikaya əsasən, ailədaxili problemləri olan, məktəbdə yoldaşları ilə ünsiyyəti zəif olan uşaqlar sosial şəbəkələrə daha çox meyil edirlər. Çünki birtərəfli informasiya vasitəsi olan sosial şəbəkələr uşaqların ünsiyyət tələbatını ödəyir və virtual da olsa dostluqlar qurmasına səbəb olur. Uşaqlar, yeniyetmələr sosial şəbəkələrdə öz anonimliyini qoruyur, müxtəlif adlardan, şəkillərdən istifadə edirlər. Öz həyatlarında risk edib deyə bilmədiklərini orada yazırlar. Məsələn, hər hansı məktəbdə uğur qazana bilməyən uşaq sosial şəbəkələrdə paylaşdığı bir yazı və ya video-çarx ilə çoxlarının (bəyənisini) tərifini qazana bilir. Bu zaman uşaq özünü uğur qazanmış hesab edir. Yeniyetmələrin, uşaqların sosial şəbəkələrdə bir şeylər paylaşmasına səbəb isə “məni tərifləsinlər, bəyənsinlər” fikri olur. Bundan əlavə, uşaq məktəbdə hər hansı bir qrupa daxil olmaq istəyir, ancaq bacarmır. Bu zaman o sosial şəbəkələr vasitəsi ilə həmin qrupa daxil olur, yeni dostluqlar qurur və onlar tərəfindən sevilir”.

“Ailədaxili konfliktlər yaşayan uşaqlar daha çox sosial şəbəkələrdən istifadə edirlər”

Daha çox ailədaxili konfliktlər yaşayan uşaqlar sosial şəbəkələrdən istifadə etdiyini deyən psixoloq əlavə etdi ki, ailədə ata, ana uşağın sözünə əhəmiyyət vermir, nə istədiyinə fikir vermir. Bu zaman uşaqlar özünə güvəni itirir və heç kimlə ünsiyyətdə olmaq istəmir. Belə uşaqlar sosial şəbəkələrdə öz fikirlərini daha aydın ifadə edə bilir, istədiklərini deyirlər. Sosial şəbəkələrdən istifadə edən uşaqlar yaş artdıqca cəmiyyətdən uzaqlaşır özlərinə sanki virtual həyat qururlar. Nəticədə onların sosial həyatları zəifləyir. Çünki sosial şəbəkələrdən istifadə asılılıq yaradır. Bütün bunların olmaması üçün valideynlər övladına daim nəzarət etməlidirlər. Uşaqları birbaşa qadağa ilə tərbiyə etmək olmaz. Övladının sosial şəbəkələrdən istifadə etdiyini öyrənən valideyn onun əlindən birdəfəlik telefonu almamalı, onlara uzunmüddətli cəzalar verməməli, sosial şəbəkələrə girməyi birdəfəlik qadağan etməməlidir. Çünki bu zaman uşaq qrupdan kənarda qalacaq və sıxılacaq. Valideyn uşağın xəbəri olmadan gizlincə ona nəzarət etməli, övladı kimlə dostluq edir, nə paylaşır bilməlidir. Xoşuna gəlməyən bir informasiya paylaşdığı zaman ona sərt reaksiya verməməli, əksinə, bunun səbəbini soruşmalı və müzakirə etməlidir. Çünki son zamanlar gənclər arasında intihara təşviq edən statuslar paylaşılır.

“Sosial şəbəkələrin uşaqlar üçün faydaları da var”

Psixoloq A. Baxşəliyeva sonda onu da vurğuladı ki, sosial şəbəkələrin zərərləri olduğu qədər faydaları da var: “Məsələn, xarici ölkələrdə yaşı az olan uşaqlar üçün xüsusi qruplar yaradılır. Burada hər ölkədən uşaqlar iştirak edir. Onlar günün müəyyən bir hissəsini burada keçirirlər. Uşaqlar burada bir-biriləri ilə daimi ünsiyyətdə olur, xarici dil öyrənir və başqa ölkələrin mədəniyyətləri ilə taniş olurlar. Bu qruplara müəllimlər və valideynlər nəzarət edirlər”.

“Sosial şəbəkələrdən düzgün istifadə edildiyi zaman faydalıdır”

Sosial şəbəkələrin zərərləri olduğu qədər faydalarının da olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu əlavə etdi: “Sosial şəbəkələr insanlar arasında ünsiyyətin, münasibətlərin qurulmasına kömək edir. Onun hesabına insanlar uzaqda olan doğmaları, dostları ilə əlaqə saxlaya, fikir mübadiləsi edə bilərlər. Məsələn, övladı xarici ölkədə təhsil alan və yaxud yaşayan valideyn sosial şəbəkələr vasitəsi ilə istədiyi zaman övladı ilə danışa, söhbət edə bilər. Ancaq onu da qeyd edim ki, sosial şəbəkələrin hamısı düzgün istifadə edildiyi zaman faydalıdır. Çünki sosial şəbəkələr ilan zəhəri kimidir. Ondan düzgün istifadə edildiyi zaman o faydalı bir dərman, yanlış istifadə edildiyi zaman öldürücü bir zəhərdir”.

“Sosial şəbəkələrdə yaradılan siyasi, dini qruplaşmalar gənclərimizə mənfi təsir edir”

“Çox təəssüf ki, ölkəmizdə hələ də sosial şəbəkələrdən doğru istifadə edənlərin sayı kifayət qədər deyil. Hazırkı dövrdə sosial şəbəkələr ancaq gənclərimizin vaxt itkisinə, mənəvi aşınmasına, virtual xəyanət nəticəsində ailələrin dağılmasına səbəb olur. Sosial şəbəkələr uşaqlara, yeniyetmələrə də mənfi təsir edə bilər. Məsələn, son illər sosial şəbəkələrdə siyasi, dini qruplar yaranıb. Bu qrupa daxil olan gənc və ya uşaq özü də bilmədən təsir altına düşür və başqa istiqamətlərə yönəlir”,- deyən sosioloq bu sahədə ölkədə maarifləndirmə işlərinin aparıldığını da vurğuladı.

Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here