Sosial hüquqlar öyrədilir

0
493

Mingəçevir Media Mərkəzində (MMM) Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin İnkişaf Proqramının icrası ilə, “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən “Azərbaycanda sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi” layihəsi üzrə “Sosial hüquqlar və onun müdafiəsi mexanizmləri” mövzusunda təlim keçirilib. Təlimin məqsədi əhaliyə sosial hüquqlarını öyrətmək və onların hüquqi müdafiəsinin təkmilləşdirməkdən ibarətdir. Təlimdə “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov bildirib ki, layihəyə əsasən vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir. 2016-ci ilin oktyabrından başlayayan layihə bu ilin noyabr ayında yekunlaşacaq.

Daha sonra iştirakçılara sosial hüquqlar nədir, sosial hüquqların inzibati və məhkəmə müdafiəsi, Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciətlər barədə geniş məruzələr edilib və müzakirələr aparılıb.

 

Esmira Hidayətova, Mingəçevir