Sorağı bölgələrdən də gələcək

502

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Babək Sübhaninin “Təxəyyül və Şəxs” adlı foto sərgisin sorağı bölgələrdən gəlcək. İlk baxış günü  90 illik  mədəni ənənələrə malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olan sərgidə Azərbaycan  mədəniyyətin görkəmli nümayəndələri olan Aydın Talıbzadə, Məryəm Əlizadə, Ramiz Novruz, Fərəh Əliyeva kimi sənət adamları iştirak edirdi. İlk xeyir-duasını belə dəyərli insanlardan alan Babək və onu sərgisinin sorağı bu dəfə Azərbaycanın dilbər  guşələrindən olan Lənkərandan gəlir. Tədbir Lənkəran şəhərinin müxtəlif  təhsil və mədəniyyət obyektlərində nümayiş olunacaq. Sərgi 2 gün tamaşaçıların ixtiyarında olacaq. Sərgi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, Lənkəran Şəhər Tibb Kollecində və Lənkəran Gənclər Evində  nümayiş olunacaq. Gözəl yaradıcılıq işi kimi böyük əhəmiyyətə malik sərgidə gün ərzində dəfələrlə gördüyümüz simalar bizə tanımadığımız tərzdə təqdim edir. Fotolarda fon kimi qara rəngin seçilməsi və bu qaranlıqda insan simalarının parlaq  əksi böyük fəlsəfi məna kəsb edir. Dünya qaranlıq, biz insanların nurlu simasıdır  bəşəriyyəti işiqlandıran. Gənc fotoqraf  öz daxili aləmini digərlərinin üz cizgilərində göstərə bildi və seyrçi, məncə, başa düşdü ki, orda fotolardakı görünən simalar  gənc və istedadlı fotoqrafın öz iç dünyasıdır. İnsan simasının gizlinlərinin, daxili aləminin sirlərinin bizlərə nümayiş olunması da əhəmiyyətli bir yaradıcılıq işidir. Bu cür sərgilərin keçirilməsi gənclərin sənətə olan meylinin yaranmasında, incəsənətin bir sahəsi olan foto sənətinə marağının artması baxımından böyük əhəmiyyət kəsb edir.