“Sony”, ”CİSCO”, “Toshiba”

483
“Sony” – Mənzil qərargahı Yaponiya və ABŞ-da olan şirkətin əsası 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada qoyulub.
“Sony” sözü latın dilindən sonus (“səs”) və ingilis dilindəki “sunny” (”günəşli”) sözlərinin birləşimindən yaranıb. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyib. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birini pozmaq qərarına gəlib.

”CİSCO” –  Koorporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkət 1984-cü ildə qurulub. Şirkət adı San-Fransisko (San Francisco) şəhərinin sonuncu 5 hərfinin birləşməsindən götürüb.

“Toshiba” – Elektronika bazarındakı ən qədim şirkətlərdən biri olan “Toshiba” 1875-ci ildə “Tanaka Seizosho” adı altında teleqraf mühəndisliyi firması olaraq fəaliyyətə başlayıb. Şirkət 1899-cu ildə adını “Tokio Denki” ilə əvəz edib. 1939-cu ildə isə “Shibaura Seisakusho” və “Tokio Denki” şirkətləri birləşərək “Tokio Shibaura Denki” (“Tokio Shibaura Elektrik”) adını alıblar. Nəhayət 1978-ci ildə şirkətin adı “Toshiba Corporation” olaraq təkrar yenilənib.