Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli prezidentin imzaladığı ikinci sosial paketin əhəməyiyyətindən danışıb. O, komitə iclasında bildirib ki, sonuncu islahat paketindən 2 milyon 200 min insan faydalanacaq: “Cənab prezident bu ili sosial müdafiə sistemində islahat ili elan edib. Bu ilin əvvəlində həyata keçirilən sosial paketdən 3 milyon insan faydalanıb. İndi isə bu rəqəm 2 milyondur. Deməli, ümumilikdə ilin əvvəlindən bu günə kimi 5 milyon insan bu sərəncamlardan yararlanıb. Bu il həm də ona görə sevindiricidir ki, Dövlət Sosial Müdafiə Fondunun 5 ay müddətində yığımları 350 milyon manat artıb. Təbii ki, bu yığımlar da əhalinin sosial rifahına xərclənir”. (Qafqazinfo)
Son xəbərlər
Mingəçevirdə qanunsuz ticarətlə məşğul olanlara qarşı mübarizə aparılır
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan və işbazlara qarşı mübarizə tədbirləri gücləndirilir. Bununla bağlı bu gün Mingəçevir şəhər İcra hakimiyyətində şəhəri ictimayyət nümayəndələrinin,...