Sonradan məlum olub ki…

499
Keçmişdən günümüzə qədər gəlib çatan, hətta, daha da təkmilləşərək işlərimizi asanlaşdıran cihazlar tarixdə özünəməxsus yer tutur. İxtiraları böyük elmi nailiyyət hesab olunan və əsərin sahibi olaraq adları tarixə yazılan çoxlu sayda alimlər var. Lakin sonradan məlum olub ki, həmin alimlərin adları səhv bilinib. Sizə ixtiraçısı səhv bilinən həmin icadları təqdim edirik.
Hərəkətli şəkillər (video) ixtirası: Əsli Lois Le Prins. Səhv bilinən ixtiraçı: Tomas Edison (Edisonun öz kinofilm anlayışı da əslində yanında çalışanlardan biri olan Villiam Diksona aiddir). İngiltərədə 14 oktyabr 1888-ci ildə Cozef və Sarah Vitleyin evində çəkilən video-qeyddə Adolf Le Prins (Loisin oğlu), Sarah Vitley, Cozef Vitley və Harriet Hartley lentə alınıb. Filmlər çəkildikdən on gün sonra Sarah Vitleyin öldüyü xəbəri yayılıb, iki il sonra isə Le Prins Dijondan Parisə səfəri zamanı qatardan itkin düşüb. Bundan iki il sonra isə Prinsin böyük oğlu Alfons, Edisona qarşı irəli sürdüyü patent iddiasının arxasınca gedərkən Nyu-Yorkda öldürülüb. Edisonun ilk hərəkətli görünüşü olan “Monkeyshines” isə 1889-1890-cı illərdən sonra ortaya çıxıb.İnternetin ixtirası: İnternetin atası olaraq bilinən 4 ad: “ARPANET”in idarəçiləri Vinton Cerf, Laurens Roberts, Leonard Kleinrok və Robert Kahn. Səhv bilinən ixtiraçı isə Al Goredir. (Əslində Al Gore heç vaxt “interneti mən kəşf etdim” deməyib ancaq “ABŞ konqresinə xidmətim əsnasında, internetin yaradılışı müddətində əhəmiyyətli bir yerə sahibəm” deyib.) 23 iyun 1943-cü il təvəllüdlü Vinton Cerf “internetin atası” olaraq qəbul edilib. Milli Texnologiya medalı və bir çox mükafatlara layiq görülən bu şəxs, universitet illərində professor Cerald Estrinin rəhbərliyindəki professor Leonard Kleinrokun məlumat paketi şəbəkəsi qrupunda fəaliyyət göstərib. Bu qrup “ARPANET”in, yəni internetin ilkin versiyası üzərində işləyiblər. Bu qrupun nümayəndələrindən olan Cerf Vinton “UCLA”da çalışarkən, o dövrdə “ARPANET”in təchizat arxitekturası üzərində çalışan Robert E. Kahn ilə tanış olub və onun kəşfini inkişaf etdirib. Cerf 2005-ci ilin sentyabr ayından bəri “Google”da müdir müavini vəzifəsində fəaliyyət göstərir.

 

 

 

Motorlu uçuş ixtirası: İxtiranın əsl müəllifi Riçard Pirsdir (Richard Pearse). Səhv bilinən ixtiraçı isə Vrayt qardaşlarıdır. “Təyyarə” dedikdə, ilk olaraq, ağla Vrayt qardaşları gəlir. Qardaşlar 17 dekabr 1903-də Kitti Havk adlanan yerdə ilk uçuşlarını həyata keçiriblər. Bu məşhur uçuşdan 9 ay əvvəl, yenizellandiyalı alim Riçard Pirs 31 mart 1903-cü ildə Vrayt qardaşlarının dizaynından fərqli olaraq, cüt mühərrik əvəzinə, tək mühərrikdən istifadə edərək, yüngül bir təyyarəni göyə qaldırmağa müvəffəq olub.
Radio dalğalarının ixtirası: ixtiranın əsl sahibi Nikola Tesladır. Səhv bilinən ixtiraçı isə Quqlielmo Markonidir (Guglielmo Marconi). 1895-ci ildə Markoni Londonda geniş kütləyə müraciət edərək yeni bir məhsulu öz ixtirası kimi təqdim edib. Markoninin təqdim etdiyi bu cihazlar Teslanın yazılarında adıçəkilən cihazlara çox bənzəyib. Sonralar məlum olur ki, Markoninin təcrübədən keçirdiyi bu cihaz əvvəllər Tesla, Oliver Lodc və JS Ston tərəfindən kəşf edilib. Daha sonra kabelsiz teleqrafın atası adlandırılan elektronika mühəndisi Nikola Tesla kabelsiz ünsiyyəti, yəni radio dalğalarını patent altına almaq üçün müraciət edən ilk insan olub. 1895 və 1899-cu illər arasında Tesla bir-birinə uzaq məntəqələrdən kabelsiz siqnal alıb ötürə biləcəyini iddia edib. Hətta Tesla radio dalğaları vasitəsilə sualtıqayığı idarə edə biləcəyini və onu su altına endirib-çıxara biləcəyini vurğulanıb. Ancaq bu müvəffəqiyyətini sübut edə biləcək müstəqil bir qurum və ya şəxs tapa bilmədiyi üçün o, ixtiralarını özəlləşdirə bilməyib. Tesla ölümündən əvvəl “O dövrlər mənim kabelsiz cihazlarının hazırlanmasına 1893-cü ildə başladığım ifadə edilirdi. Halbuki mən o tarixdən əvvəlki iki ilimi davamlı olaraq araşdırma və cihazların necə olacağını düşünməklə keçirmişdim. Ağlımda yaratdığım cihazların bir qismi günümüzdəki məhsullara olduqca bənzəyir”,-deyib.

 

Hər nə qədər Qotlib Daymler (Gottlieb Daimler), Vilhelm Maybax (Maybach) və Sieqfred Markus (Siegfried Marcus) kimi bir çox alman mühəndislər yeni avtomobilin ixtirası ilə bağlı layihələrini həyata keçirməyə çalışsalar da, müasir avtomobillərin ilk nümunəsinin Karl Benz tərəfindən hazırlandığı hamıya məlumdur. Benz 4 silndirli və benzinlə işləyən mühərrikə sahib olan ilk  avtomobilini Almaniyanın Mannheim şəhərində təqdim edib.
 Ancaq icadına aid patenti isə “Benz & Cie” firması adına 1885-ci ilin yanvar ayında ala bilib. Beləliklə, Benz öz avtomobillərini 1888-ci ildən etibarən satmağa başlayıb. Halbuki avtomobilin icadçısı olaraq sayılan Henry Ford özünün ixtira etdiyi avtomobili 1896-ci ildən tez satışa çıxara bilməyib. Forda bu şöhrəti qazandıran isə fikirlərini inkişaf etdirərək  ardıcıl istehsal texnologiyasından müvəffəqiyyətlə istifadə etməsi olub. 

İşıq lampasının ixtiraçısı: Ser Humphry Davy.

Səhv bilinən ixtiraçı: Tomas Edison.

1802-ci ildə Humphry Davy o günə qədər hazırlanmış ən güclü elektrik batareyasını kəşf edib. İncə bir platin tel içərisindən elektrik cərəyanını keçirərək, ilk işıq lampasını ixtira edən Davy bununla da müasir işıq lampasının atası olan ilk cihazı kəşf edib. Davy platini seçmişdi. Çünki onun ən yüksək istilikdə əriyən metallardan biri olduğunu bilirdi. Çox parlaq işıq verə bilməyən ilk lampanın ömrü çox uzun çəkmədi. 75 il sonra 1897-ci ildə isə Edison hazırda istifadə etdiyimiz lampanı ixtira etdi.

 

Teleskopun ixtiraçısı: Hans Lippershey. Səhv bilinən ixtiraçı: Qaliley.

Ən qədim teleskoplar 1608-ci ildə Hans Lippersheyin adı ilə bağlıdır. Zacharias Janssen, Alkmaar’lı Jacob Metius da bu ixtiranın sahibi olduğunu iddia edən adlar arasındadır. İlk teleskoplar qabarıq obyektiv halqadan,  bir də kiçik lupadan ibarət idi. Qaliley öz teleskopundan ilk dəfə bir il sonra 1609-cu ildə da istifadə edib. 1611-ci ildə Johannes Kepler bir qabarıq lupa ilə daha güclü teleskopun necə hazırlayacağını açıqlayıb. 1655-ci ildə isə Christiaan Huygens və bir neçə astronom mürəkkəb lupalardan istifadə edərək olduqca güclü, ancaq qeyri-adi böyüklükdə böyük və istifadəsi çətin olan “Keplerian” teleskopunu ixtira ediblər.