“Son zəng”in şərtləri olacaq

24

2020-2021-ci tədris ilinin yekununda “Son zəng” çalınacaq.

Bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.

O bildirib ki, Nazirlər Kabineti tərəfindən “Son zəng” tədbirlərinin keçirilməsinə icazə verilib. Lakin tədbirlərin təşkili üçün müəyyən şərtlər olacaq. Bu şərtlər yaxın günlərdə açıqlanacaq.