Son sutkada 421 nəfər COVID-19-a yoluxub, 3645 nəfər sağalıb

0
31

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21  yeni yoluxma faktı qeydə alınıb, 3645 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İki sahil”ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2703 nəfər vəfat edib, aktiv xəstə sayı 27 834 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4287, ötən müddət ərzində isə ümumilikdə 2 204 22 6 test aparılıb.