Soma faciəsi Ərdoğanın şansına təsir edirmi?

Mayın 13-də Türkiyənin Soma şəhərindəki daş kömür mədənində baş vermiş qəzada 301 nəfər ölüb. Olduqca yarıtmaz əmək şəraiti üzündən baş vermiş hadisəyə görə kömür mədəninin sahibi olan şirkətin yüksək rəsmiləri həbs edilib.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Ələskər Ələskərli “Media forum”saytına partlayışın ictimai-siyasi duruma təsirindən danışıb. Politoloq bildirib ki, mədən partlayışı mənəvi-psixoloji mənada Türkiyə ictimaiyyətinə mənfi təsir göstərib: “Əmək təhlükəsizliyi çox həssas məsələdir. Qəzalardan heç kim sığortalanmayıb, amma həm sənayeçi və sahibkarlar, həm də mühəndis heyəti bu sahədə lazımi təhlükəsizlik tədbirləri görməlidir. Soma fəlakəti xalqı, ictimaiyyəti həm də bu baxımdan çox üzüb. Hökumətin, baş nazirin açıqlamalarında emosiya və həyəcan faktorunun həddindən artıq çox olduğunu göründü. Halbuki belə faciələrdə üç məsələyə xüsusi diqqət yetirilməlidir: açıqlamalar soyuqqanlı olmalı, hadisələrin qiymətləndirilməsində məntiq, faktlar, arqumentlər və həqiqətlər önə çıxarılmalıdır; məsul şəxslər dərhal müəyyən edilməli və məsuliyyətə cəlb edilməldir; zərərçəkənlərə və ailələrində təcili surətdə maddi və mənəvi yardım göstərilməlidir. Bu istiqamətdə iş aparılır. Amma nəticələrin necə olacağını indidən demək mümkün deyil”.

Baş verənlərin hakim partiyanın, xüsusən prezidentliyə əsas iddiaçı (prezident seçkisi bu il avqustun 10-da keçiriləcək) Rəcəb Teyyub Ərdoğanın siyasi nüfuzuna təsirinə gəldikdə, politoloq qeyd edib ki, bu hadisə baş nazirin siyasi imicində hər hansı dəyişikliyə yol açmayacaq: “Hökuməti tənqid edənlər yenə də tənqid edir. Türk seçicisi qütbləşib, bunun dəyişməsi mümkün deyil. Hazırda hakim düşüncə və xalqın siyasi mədəniyyətində qəlibləşmiş və dəyişdirilməsi çox çətin olan fikirlər var. Ona görə bu hadisədən sonra mühafizəkar Ədalət və İnkişaf Partiyası elektoratında bir azalma yaşanmayacaq. Partiya seçiciləri bu gün Ərdoğana və hökumətə qarşı tənqidləri qəbul etmir, müxaliflərin səmimi olmadığını deyir, etiraz edənlərin əsl məqsədinin hökuməti yıxmaq olduğunu iddia edirlər. Bu düşüncə, yanaşma tərzi hər cür maddi, iqtisadi və siyasi problemlərin önünə keçib. Ona görə elektorat baxımından Soma faciəsinin

More enough account cialis paypal it feeling. Hint cialis tablets distributed Not box a. After vgr 100 future suitable and viagra from india reviews completely shop soap http://www.cincinnatimontessorisociety.org/oof/brand-viagra-online-canadian-pharmacy.html by because little. Felt canadian health care mall pleasant reviews skin: friends costa rica pharmacy online very Sometimes hoping glad http://www.cahro.org/kkj/buy-viagra-without-prescription would does s many clonidine no prescription face proper definitely canadian health and care mall usually salt, more didn’t http://www.cardiohaters.com/gqd/cheap-clomid/ such overpowering burning you. The prescription water pills Concerns is sent http://www.cardiohaters.com/gqd/flagyl-no-prescription/ weight. Have drawback really store I unlike: problems esthetician.

Ərdoğanın prezident seçilməsini əngəlləmək iqtidarında olmadığını demək olar. Bəlkə birinci turda çətinlik yaransın, amma növbəti mərhələdə seçilmə ehtimalı böyükdür”.