Şöhrətdən tövbəyə aparan yol (1)

0
680
Əslində onda anadangəlmə bir ixtiraçılıq istedadı vardı və bunu hələ II Dünya müharibəsindən əvvəl də bir neçə dəfə nümayiş etdirmişdi. 
Lakin yeni avtomatı kəşf edəndə hələ bilmirdi ki, bununla da adını silah texnologiyasının məşhur ixtiraçıları sırasına yazdıracaq  və insanlara ölüm gətirəcək soyadı heç vaxt dillərdən düşməyəcək.  Bu silahı kəşf etdiyi ilk dövrlərdə özünü dünyanın ən xoşbəxt adamı, əsl sovet vətənpərvəri hesab edir və bundan böyük qürur duyurdu. Amma o vaxt hələ bilmirdi ki, bir vaxtlar gələcək belə bir silahı kəşf etdiyi üçün özünü lənətləyəcək və tövbə üçün Rusiya patriarxına məktub yazmalı olacaq. 

Onun adını tam bilməsələr də, soyadını dünyada tanımayan yoxdur və hətta Afrikanın cəngəlliklərində yaşayanlar belə bir vaxtlar onun ən böyük kəşfi olan silahını həvəslə alır, onunla silahlanmağa üstünlük verirdilər. Əslində o, bu silahı kəşf edərkən  qısa müddətdə dünyanın ən məşhur ixtiraçılarından birinə çevriləcəyini də bilmirdi. Ona işlədiyi hərbi zavod rəhbərliyi tərəfindən yuxarıdan gələn əmri çatdırmışdılar: Necə olur olsun, kapitalistlərin avtomat silahlarından üstün olan silah yaradılsın və ordunun bu silahla təchiz edilməsinə başladılsın. Amma tapşırıq necə yerinə yetirilməli idi, bunu nə hərbi zavodun rəhbərliyi, nə də bu sadə insan bilmirdi.  Amma o, müəyyən təcrübəyə malk idi və qısa müddətdə ona dünya şöhrəti gətirəcək avtomatı (AK) ixtira edərək özünü zirvəyə aparacaq yolun əsasını qoydu. Əslində onda anadangəlmə bir ixtiraçılıq istedadı vardı və bunu hələ II Dünya müharibəsindən əvvəl də bir neçə dəfə nümayiş etdirmişdi. Lakin yeni avtomatı kəşf edəndə hələ bilmirdi ki, bununla da adını silah texnologiyasının məşhur ixtiraçıları sırasına yazdıracaq  və insanlara ölüm gətirəcək soyadı heç vaxt dillərdən düşməyəcək.  Bu silahı kəşf etdiyi ilk dövrlərdə özünü dünyanın ən xoşbəxt adamı, əsl sovet vətənpərvəri hesab edir və bundan böyük qürur duyurdu. Çünki adı ən yüksək səviyyəli məclislərdə çəkilir, onu tərifləyir, alqışlayırdılar. SSRİ-nin ən yüksək mükafatlarını almış, milyonların sevimlisinə çevrilmişdi. Adi hesab etdiyi bu silahın kəşfi nəticəsində Lenin və Stalin mükafatı laeuratı almış, üç dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş,  iki dəfə Sosialist Əməyi Qəhrəmanı, bir dəfə də Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülmüş, general-leytenant rütbəsinə qədər ucalmış, dissertasiya müdafiə edərək, texniki elmlər doktoru olmuşdu. O, sağlığında ikən iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən yeganə məşhur şəxsiyyət idi. Bir sözlə SSRİ-nin ən məşhur mükafatlarının sahibi olmuşdu və ona hər yerdə həsəd aparırdılar. Zarafat deyildi, bu qədər mükafata və fəxri adlara SSRİ-də barmaqla sayılacaq qədər adam layiq görülmüşdü və onlardan biri də məhz o idi.

Amma o vaxt hələ bilmirdi ki, bir vaxtlar gələcək belə bir silahı kəşf etdiyi üçün özünü lənətləyəcək və tövbə üçün Rusiya patriarxına məktub yazmalı olacaq. Ömrünün son illərində insanlara ölüm gətirən belə bir silah kəşf etdiyi üçün vicdan əzabı çəkməyə başlamış və çıxış yolunu tövbə etməkdə görməyə başlamışdı. Amma artıq gec olduğunu da anlayırdı və keçmişi qaytarmağın mümkün olmadığını bilərək bundan üzülürdü. Ona görə də yaxınlarına əzablar içində qovrulduğunu: “Bu dünyada insanlara ölüm gətirən bir silahı ixtira edən ən günahkar insan kimi Allahın hüzuruna gedəcəyimi düşünəndə məni dəhşət götürür. Mən bağışlanması mümkün olmayan bir iş görümüşəm”,-demişdi.

Ona görə də, ömrünün son illərini tövbə etməklə keçirir və bununla təsəlli tapmağa çalışırdı. Bu məşhur insan bu gündə dünyanın ən məşhur avtomat silahlarından biri olan Kalaşnikov avtomatını ixtira edən Mixail Kalaşnikov idi.

Altaydan başlanan yol

Mixail Timofeyeviç  Kalaşnikov 1919-cu il noyabr ayının 19-da Altay  quberniyasının (indiki Altay Respublikası) Kurya kəndində  çox uşaqlı kəndli ailəsində anadan olmuşdu. Onun atası ruslaşmış qıpçak türkü-kazak Timofey Kalaşnık ( alaş-küləş, kuleş-kalaş, qaloş-kalaş) əslən Xarkov quberniyasının ( indiki Sumsk vilayəti)  Axtır ( Axtar) qəzasının Slavqorod kəndindən idi. O 1912-ci ildə ailəsi ilə birlikdə Altaya köçmüşdü. Qeyd edək ki, Altayın Rusiya tərəfindən işğal edilməsindən sonra rus keşişləri buradakı yerli türkləri zorla xaç suyuna salmış, onların ad və soyadlarını dəyişdirirək ruslaşdırmışdılar. Amma bu hadisənin üstündən 150 ilə yaxın vaxt keçməsinə baxmayaraq, burada yaşayan əhali türklərə xas olan adət-ənənələrini, şamanizm ruhunu və genetik sifət quruluşunu saxlaya bilmişdi.  Mixail ailədə 17-ci uşaq idi və digər qardaş – bacılarından qeyri-adi heç nəyi ilə seçilmirdi. Ailə öz əlinin zəhməti ilə dolanırdı və Mixailin atası olduqca zəmətkeş bir adam idi. Ona görə də, qısa müddətdə təsərrüfatını genişləndirərək kənddə ən varlı adamlardan birinə çevrilmişdi. Bu isə sovet rejimini razı sala bilməzdi. Onlar kənddə əlinin zəhməti ilə varlanan adamları bolşevik rejimi üçün real təhlükə mənbəyi hesab edirdilər. Ona görə də, 1930-cu ildə Mixailin atasını və onunla birlikdə ailəsini qolçomaq kimi  Tomsk vilayətinin Aşağı Moxovaya (indiki Bakçar rayonunun Parbiq kəndi) qəsəbəsinə sürgün etdilər. Buradakı məktəbdə oxuduğu illərdə Mixail fizika, riyaziyyat, coğrafiya və ədəbiyyatla maraqlanırdı.  Xüsusi ilə, texnikaya maraq göstərir, onların işləmə mexanizmini öyrənməyə çalışırdı.

Qəsəbədə 7-ci sinfi bitirəndən sonra Mixailin ailəsinin icazəsi ilə doğma vətənə qayıtdı. Lakin yaşı az olduğu üçün burada işə düzələ bilmədi. Ona görə də, yenidən valideynlərinin yanına qayıdaraq doğum haqqında yeni sənəd aldı. Bu sənəddə onun yaşı iki il çox göstərilmişdi. Bundan sonra yenidən Kurya kəndinə qayıdan Mixail burada ilk dəfə odlu silahla, “Brauninq”lə (tapança) və onun işləmə prinsipləri yaxından tanış oldu. 1937-ci ildə isə doğma kəndini tərk edərək Türküstan  Sibir dəmiryolunun Matay stansiyasında (Qazaxıstan) işə düzəldi. Burada o, boş vaxt tapan kimi  texniki emalataxnaya gedir, qatarların işləmə mexanizmini öyrənirdi.

Orduda ilk kəşfi

1938-ci ildə Mixaili hərbi xidmətə çağıraraq Qırmızı ordunun Kiyev Xüsusi Hərbi dairəsinə göndərirlər. Burada Mixail tank sürücü-mexaniki peşəsinə yiyələnərək 12-ci tank diviziyasında xidmət etməyə başlayır. Texnikaya olan həvəsi onu istifadə etdiyi silahı bir daha nəzərdən keçirməyə məcbur edir və bu əsasda da “TT” tapançasına atma effektini yaxşılaşdıran dəyişikliklər edir. Eyni zamanda o, tankdan atılan atəşləri hesablayan hesablama və motor ehtiyatlarını qeydə alan cihazları hazırlayır. Bu cihazların istehsalı məqsədəuyğun hesab edilir. Gənc ixtiraçı tankçı barədə məlumatı eşidən Kiyev Xüsusi Hərbi Dairəsinin komandanı ordu generalı Gerogi Jukov Mixaili yanına çağıraraq onunla şəxsən tanış olur və biliyini təkmilləşdirmək üçün onu Kiyev Texniki Tank Məktəbinə oxumağa göndərir. O, özünün bu kəşflərini burada uğurla sınaqdan çıxarır. Mixailin yeni silahının istehsalı isə Voroşilov adına Leninqrad hərbi zavoduna tapşırılır. Bundan sonra onu yenidən xidmət etdiyi hərbi hissəyə göndərirlər. Almaniya SSRİ-yə hücum edərkən kiçik serjant rütbəsi ilə tank komandiri kimi Bryanskda xidmət edirdi. 1941-ci ilin avqust ayında Mixail almanlarla döyüşdə ağır yaralanır və onu müalicə üçün hərbi hospitala göndərirlər. Hərbi hospitalda müalicə olunduğu vaxt yeni avtomat silah yaratmaq fikrinə düşür və bu məqsədlə də yeni silahın layihəsini hazırlayır. Müalicə olunduqdan sonra hərbi xidmətə uzun müddət yararlı ola bilməyəcəyini nəzərə alaraq ona 6 aylıq məzuniyyət verirlər. Mataya- keçmiş iş yerinə qayıdan Mixail dəmiryolu emalatxanasındakı dostlarının yardımı ilə pistolet (tapança)-pulemyot hazırlayır və onu sınaqdan çıxarır. Onun bu ixtirası ilə yaxından maraqlanaraq bəzi çatışmazlıqlarını aradan qaldırırlar. Sonra isə Alma-Atada “PP- “Kalaşnikov” adı altında ilk nümunələrinin istehsalını təşkil edirlər. Yeni silah Baş Artilleriya İdarəsi tərəfindən bəyənilsə də, onun kütləvi istehsalı məqsədəuyğun hesab edilmir. Buna səbəb kimi onun istehsalının çox vaxt aparması və daha mürəkkəb sistemə malik olması ilə izah edilir. Halbuki pistolet( tapança)-pulemyot yüksək atəş qabiliyyətinə malik idi.

Şöhrət gətirən kəşf

İlk kəşfinin tam şəkildə bəyənilməməsinə baxmayaraq, Mixail Kalaşnikov ruhdan düşmür və axtarışlarını davam etdirirdi. 1942-ci ildə Kalaşnikovu Atıcı silahların hazırlanması üzrə Elmi-Tədqiqat Mərkəzinə işləməyə göndərirlər. 1944-cü ildə Mixail Kalaşnikov avtomatik atəş açma sisteminə malik olan Karabin hazırlayır. Amma onun bu kəşfinə də soyuq yanaşılır. Ona görə də, Kalaşnikov bütün qüvvəsini yeni avtomat silahın hazırlanmasına yönəldir. Onun hazırladığı avtomatın layihəsi və onun  əsasında hazırlanan ilk nümunələr yeni avtomat silahın hazırlanması üzrə keçirilən müsabiqədə birinci yeri tutur. Avtomatın dərhal kütləvi şəkildə istehsalı barədə qərar qəbul edilir. Bu məqsədlə Mixail Kalaşnikovu  Baş Artilleriya marşalı N. N. Voronovun əmri ilə İjevsk motozavoduna ezam edirlər. O, burada yeni silahın istehsalında yaxından iştirak edir. 1949-cu ilin may ayının 20-də 1500 ədəd “AK” (Avtomat Kalaşnikov- Kalaşnikov avtomatı) istehsal edilir. Yeni avtomat uğurla sınaqdan çıxarılır və Stalinin birbaşa əmri ilə onun kütləvi istehsalına başlanır. Yeni silahın kəşfi Kalaşnikova böyük şöhrət gətirir. O, Stalin mükafatına layiq görülərək qızıl Ulduz ordeni ilə təltif edilir.

Əzız Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here