Siz məni saldınız bu hala, millli

621

(S. Vurğunun “Gözlər” şerinə nəzirə)

Yenə uduzaraq öz meydanında,

Məni qərq eylədi xəyala millli.

Yenə cəllad kimi durub qəsdimə,

Qoydu həsrət məni üç xala milli.

 

Getməyir bu dərdim, sərim başımdan,

Könlüm ayrı gəzir qol sirdaşımdan.

Axı azarkeşəm əzəl yaşımdan,

Di gəl ki həsrətəm bir qola, milli.

 

Hər oyun şəbədə, çox pis tamaşa

Kimi dindirirsən gəlməyir xoşa.

Bir gün adam kimi verib baş-başa

Nədən şölə salmır amala milli?

 

Meydanda hər hökmü zaman, an verir,

Bizim oyunçular sanki yan verir.

Futbol xəstəsiyəm, yaram qan verir,

Siz məni saldınız bu hala, millli.

Qvami Məhəbbətoğlu