“Sivasspor”-“Qarabağ” oyununu idarə edəcək hakimlər müəyyənləşib

0
43

UEFA Avropa Liqasının üçüncü turu çərçivəsində keçiriləcək “Sivasspor”-“Qarabağ” oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Joau Pinyeyruya yan xətt hakimləri Tyaqu Joze Pereyra Coşta və Pedru Ribeyru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.

Matçın hakim-inspektoru bolqarıstanlı Georgi Yordanov, UEFA nümayəndəsi isə gürcüstanlı Nikoloz Jqarkava olacaqlar.

Qeyd edək ki, noyabrın 5-də Sivasdakı “Yeni 4 Eylül” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.