Şirvanda “Hərənin öz ulduzu” göstəriləcək

343

eAzərbaycan Dövlət Musiqili Teatrının kollektivi 114-cü mövsümün son qastrol səfərinə – Şirvana yola düşəcək. Səfərdə (2 iyulda) kollektiv Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşasını sənətsevərlərə təqdim edəcək. Dövlət Musiqili Teatrının Mətbuat Xidmətindən verilən məlumata görə, tamaşada əsas rollarda respublikanın xalq artisi Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.

Gülər Rəsul