Sirri açılmayan əşyalar

0
501
Dünyada sirri açılmayan bir çox hadisə və yer mövcuddur. Texnologiyanın inkişaf etməsinə baxmayaraq cavabı olmayan çox sual var. Sizə antik dövrdən indiyə qədər naməlum qalan bir neçə əsrarəngiz hadisəni təqdim edirik.
Zaltsburq küpü: 1885-ci ildə Avstraliyada tapılan küp bir neçə dəfə tədqiq olunub. İlk dəfə Adolf Qurlt adlı alim sözügedən küpün bir meteorid olduğunu bildirib. Daha sonra Vyana Tarix Müzeyi apardığı araşdırmalar nəticəsində bunun insan əli ilə hazırlandığını deyib. Küp haqqında müxtəlif fikirlər səsləndirilsə də, heç biri öz təsdiqini tapmayıb. Qeyd edək ki, küpün 60 milyon il bundan əvvələ aid olduğu bildirilib.Qışqıran mumya: Bildiyiniz kimi, mumyalanma prosesində cəsədin iç orqanları çıxarılır. Lakin bu mumyanın digərlərindən fərqi onun heç bir orqanının çıxarılmamasıdır. Qahirə müzeyində saxlanılan, üzündə əzab çəkdiyini göstərən ifadəsi və fərqli formada mumyalanması ziddiyyətli fikirlərin səslənməsinə yol açıb. Bəziləri bunun 3-cü Ramzesin oğlu şahzadə Penteverin mumyası olduğunu iddia edir. Sönməyən lampalar: İnsanların orta əsrlərdə kəşf etdiyi bu lampalar içərisində yanacaq olmadığı halda yanmağa davam edir. Bunun necə baş verdiyi haqda isə hələ heç bir fikir yoxdur. Keçmişdə bu lampaları araşdıran insanlar isə sehrbazlıqda ittiham edilərək öldürülüblər. “Tikanlı taxtın xanımı”: Bu daş fiqur E. ə 2700-cü ildən bu günə qədər gəlib çatan qeyri-adi tapıntılardan biridir. Massimo Vidal tərəfindən aşkar olunan buğa başlı heykəlin içərisində 15 ədəd insan fiquru mövcuddur. Hansı sivilizasiyaya aid olduğu və nəyin simvolizə etdiyi barədə heç bir fikir yoxdur. Misir məbədindəki ayaqqabılar: 2004-cü ildə məbəddə divarların arasında bir oyuqda aşkar olunan ayaqqabılar növbəti sirli tapıntılardan olub. 2 min il bundan əvvələ aid olduğu güman edilən ayaqqabılar eroziyaya uğramayıb. Qədim ayaqqabılar üzrə mütəxəssis Andre Veldmeycer (Veldmeijer) tapıntını möhtəşəm hesab etsə də, onun haqqında çox fikir irəli sürə bilməyib. “Baiae” tunelləri: İtaliyada yerləşən “Baiae” məbədi qədimliyi ilə əsrarəngizliyi ilə insanları özünə cəlb edir. Lakin 2 min il bundan əvvəl buraya gələnlər ölümsüzlüyə sahib olacaqlarına inanıblar. 1960-cı illərdə Robert Paqet və Keys Cons adlı iki nəfər burada gəzərkən qeyri-adi bir tunelə rast gəliblər. Araşdırmaçılar şərqdən qərbə doğru günəş şüası istiqamətində tikilən tunelin dini ayinlər üçün istifadə edildiyini ehtimal edir. “Hellinikon” ehramları: Əsrlər əvvəl tikilsə də, müəmması hələ də açılmayan təkcə Misir ehramları deyil. Yunanıstanda da 16 ədəd sirli ehram mövcuddur. Bunların arasında ən məşhuru isə Aqros şəhərində yerləşən “Hellinikon” ehramlarıdır. E.ə 3000-ci ildə tikilən piramidada Aqros yaxınlığında baş verən döyüş zamanı həlak olanlar dəfn olunub. Əgər aparılan hesablamalar doğrudursa, sözügedən ehramlar Misirdəkindən daha qədim ola bilər. Məsələnin müəmmalı tərəfi isə ehramların kimlər tərəfindən və necə tikilməsinin bilinməməsidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here