Şirkətlər gülərüz və pozitiv işçi axtarırlar

725

Qafqaz Universitetinin dosenti, iş dünyası ilə əlaqələr üzrə prorektor Təyyar Mustafayev: “Şirkətlərdə şəxsi xarakteri yüksək olan – inanılan, sevilən, sevən, ünsiyyəti sevən, insanlarla mədəni yanaşmaları özündə cəmləşdirən işçilərə həmişə ehtiyac var”

Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin əksəriyyətinin saytı var və orada vakansiya bölməsi də fəaliyyət göstərir. Həmin bölmələrlə yaxından tanış olduqda bir maraqlı məqam diqqəti cəlb edir. Belə ki, bir çox hallarda işə düzəlmək istəyən namizədlərdən ali təhsil, kompyuter, dil bacarıqları ilə yanaşı, gülərüzlü olmaq da tələb olunur. Məsələn, “Azərsun Holding” Şirkətlər Qrupunun elan etdiyi bir vakansiyada namizədlərə qarşı tələblər bölməsində deyilir: “Namizədliyini irəli sürən şəxsin yüksək ünsiyyət qurmaq bacarığı olmalı, pozitiv və gülərüz olmalıdır”. Bəs şirkətlərin gülərüzlü və pozitiv işçilərə üstünlük vermələrinin hansı əhəmiyyəti var? Qafqaz Universitetinin dosenti, iş dünyası ilə əlaqələr üzrə prorektor Təyyar Mustafayev  dedi ki, şirkətlərdə inamlı, ünsiyyətli, kollektivlə yola gedən, hər zaman kollektivə müsbət enerji verən, daxili birliyə təkan verən işçilərə ehtiyac var: “Nə qədər savadlı olsan da, nə qədər qabiliyyətli olsan da sevilən bir insan olmazsansa, kimsə səni o iş yerində saxlamaz. Çünki şirkətdə neqativ bir atmosfer, mühit yaradırsan: bu da həm özünə, həm müdiriyyətinə, həm də səninlə eyni statusda və ya vəzifəcə səndən aşağıda olan işçilərin faydalılığına neqativ təsir edir. Tək gülərüz deyil, ümumiyyətlə, şəxsi xarakteri yüksək olan – inanılan, sevilən, sevən, ünsiyyəti sevən, insanlarla mədəni yanaşmaları özündə cəmləşdirən işçilərə ehtiyac var. Məhz bu baxımdan şirkətlər bu cür işçilər istəyirlər. Şirkətlər hər zaman motor rolunu oynayan, hərəkətə gətirən, insanlara işini sevdirən bir kadra önəm verirlər. Bu, istər müdir olsun, istər işçi – hər insanda axtarılan xüsusiyyətdir”. İnsanın daim gülərüz olması, hər zaman pozitiv qalması bir qədər real görünmür. Bəs buna nail olmağın bir düsturu varmı? Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr üzrə prorektoru Təyyar Mustafayevin sualımıza cavabı belə oldu: “Birincisi, insan sevdiyi işlə məşğul olmalıdır. İkincisi, həyatda nəinki işçinin, insanlığın bir düsturu var ki, sevdiyin qədər sevilirsən. Yəni sevdiyin qədər seviləcəksən”. Nicat İntiqam

“Tək gülərüz deyil, ümumiyyətlə, şəxsi xarakteri yüksək olan – inanılan, sevilən, sevən, ünsiyyəti sevən, insanlarla mədəni yanaşmaları özündə cəmləşdirən bir insana şirkətlərin ehtiyacı var. Şirkətlər bu cür işçilər istəyirlər. Hər zaman motor rolunu oynayan, hərəkətə gətirən, insanlara işini sevdirən bir kadra ehtiyac var, önəm verilir. Bu, istər müdir olsun, istər işçi olsun, hər insanda axtarılan xüsusiyyətdir”.

Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin əksəriyyətinin saytı var və orada vakansiya bölməsi də fəaliyyət göstərir. Həmin bölmələrlə yaxından tanış olduqda bir maraqlı məqam diqqəti cəlb edir. Belə ki, bir çox hallarda işə düzəlmək istəyən namizədlərdən ali təhsil, kompyuter, dil bacarıqları ilə yanaşı, gülərüzlü olmaq da tələb olunur. Məsələn, “Azərsun Holding” şirkətlər qrupunun elan etdiyi bir vakansiyada namizədlərə qarşı tələblər bölməsində deyilir: “Namizədliyini irəlü sürən şəxsin yüksək ünsiyyət qurmaq bacarığı olmalı, pozitiv və gülərüz olmalıdır”.

Sığorta şirkətlərinin birinin elan etdiyi vakansiyada da eynən bu cür tələb qoyulub. Şirkətin namizədlərə qoyduğu tələblər sırasında gülərüzlü xidmət, ünsiyyətli olmaq kimi xüsusiyyətlər də yer alıb.

Bakıda fəaliyyət göstərən bir otelin elan etdiyi vakansiyada da gülərüzlü, ünsiyyətli, mədəni olmaq əsas şərtlər sırasında göstərilir. Ofisiant axtaran bir hotelin elan etdiyi vakansiyada deyilir: “Gülərüzlü, hotelə qonaq cəlb etmək xüsusiyyətləri olan, məsuliyyətli, ünsiyyətli, fikrini aydın şəkildə çatdırmağı bacaranlar bizə müraciət edə bilərlər”.

Bəs şirkətlərin gülərüzlü və pozitiv işçilərə üstünlük vermələrinin hansı əhəmiyyəti var? Bununla bağlı suallarımızı Qafqaz Universitetinin dosenti, iş dünyası ilə əlaqələr üzrə prorektor

Təyyar Mustafayev cavablandırdı: “Bir çox məqamların mərkəzində insanın xarakteri durur. Müsbət xarakterli insan kimdir? -İnamlı, ünsiyyətli, kollektivlə yola gedən, hər zaman kollektivə müsbət enerji verən, daxili birliyə təkan verən şəxs. Şirkətlərdə bu cür insanlara ehtiyac var”.

Təyyar Mustafayevin sözlərinə görə, bunlar istənilən işçidə axtarılan bir xüsusiyyətdir: “Düşünün, iş yerlərində insanlarla ən az ünsiyyətdə olan şəxslər kompyuterçilərdir. Əgər o belə işçilərlə görüşəndə, bir işçi ona yaxınlaşanda, tutaq ki, qaraqabaq olarsa, danışmaq istəməyən biri olarsa, heç kimsə ona yaxınlaşmaq istəməz. Müştərilərlə daha çox görüşən, digər kollektivlərin, departamentlərin üzvləri ilə tez-tez görüşən işçilərdə bu xüsusiyyət daha çox lazımdır. Çünki şirkətdə nəticə etibarilə nə qədər də savadlı olsan da, nə qədər qabiliyyətli olsan da, sevilən bir insan olmazsan: kimsə səni o iş yerində saxlamaz. Çünki şirkətdə neqativ bir atmosfer, mühit yaradırsan: bu da həm özünə, həm müdiriyyətinə, həm də səninlə eyni statusda və ya vəzifəcə səndən aşağıda olan işçilərin faydalılığına neqativ təsir edir. Tək gülərüz deyil, ümumiyyətlə, şəxsi xarakteri yüksək olan – inanılan, sevilən, sevən, ünsiyyəti sevən, insanlarla mədəni yanaşmaları özündə cəmləşdirən bir insana ehtiyac var. Məhz bu baxımdan şirkətlər bu cür işçilər istəyirlər. Şirkətlər hər zaman motor rolunu oynayan, hərəkətə gətirən, insanlara işini sevdirən bir kadra önəm verirlər. Bu, istər müdir olsun, istər işçi olsun – hər insanda axtarılan xüsusiyyətdir”.

“Gülərüzlü və pozitiv olmaq işçinin özünün karyerası baxımından nə dərəcədə əhəmiyyətlidir?” sualımıza Təyyar Mustafayevin cavabı belə oldu: “İşçinin özünün karyerası baxımından bu, çox əhəmiyyətli bir meyardır. Düşünün, siz alisavadlı bir kadrsınız, şirkətdə yenicə işə başlamısınız. Heç bir təcrübəniz, karyeranız yoxdur, amma arzularınız var ki, bir şirkətdə yüksək vəzifəyə gəlmək istəyirsiniz. Orada birinci sizin üçün meyar, təbii ki, iş qabiliyyətinizin olması, ikincisi, sevilən bir şəxs kimi tanınmağınızdır. Məsələn, siz bir işçisinizsə, müdirinizin sizi sevməsi lazımdır, siz müdirsinizsə, işçilərinizin sizi sevməsi lazımdır. Burada əsas kriteri nədir? Bacarığınız və şəxsi qabiliyyətiniz, eyni zamanda insani xüsusiyyətləriniz, yəni xarakterik xüsusiyyətləriniz. Bu sizin karyeranıza necə təsir edə bilər? Əlbəttə, müsbət. Yaxşı olsanız, sevilən bir insan olsanız, ünsiyyətli bir insan olsanız, sizin karyeranıza müsbət təsir edəcək. Mənfi xüsusiyyətli, neqativ düşünən, neqativ aura yaradan bir insan olsanız, təbii ki, bu sizin karyeranızda maneə kimi ortaya çıxacaq”.

İnsanın daim gülərüz olması, hər zaman pozitiv qalması bir qədər real görünmür. Bəs buna nail olmağın bir düsturu varmı? Qafqaz Universitetinin iş dünyası ilə əlaqələr üzrə prorektoru Təyyar Mustafayevin sualımıza cavabı belə oldu: “Birincisi, insan sevdiyi işlə məşğul olmalıdır. “Mən burada bir az, müvəqqəti işləyim sonra başqa bir iş taparam” meyarı ilə işlədiyi zaman insanın həmin pozitiv enerjini əldə etməsi mümkün deyil. İnsan sevdiyi işdən başlamalıdır. Əgər insan işini sevirsə, təbii ki, oradakı mühitə də, kollektivə də müsbət bir təsir eləyər. Birinci bax buradan başlamaq lazımdır – insan öz sevdiyi işi görməlidir, əsas meyar odur.

İkincisi, həyatda nəinki işçinin, insanlığın bir düsturu var ki, sevdiyin qədər sevilirsən. Yəni sevdiyin qədər seviləcəksən. Əgər qarşı tərəfə hörmətlə yanaşmırsansa, qarşı tərəfin fikirlərinə dəyər vermirsənsə, hörmətlə yanaşmırsansa, bu o deməkdir ki, qarşı tərəfə sevgi ilə yanaşmırsansa, bu zaman sən qarşı tərəfə müsbət bir enerji verməyəcəksən. Bu da sənə ayna rolunu oynayacaq və özünə geri dönəcək. Nə baş verəcək? Qarşı tərəfdən mənfi enerji, qarşı tərəfdən sevgisizlik görəcəksən, sevilməyən, sevməyən bir işçi kimi yadda qalacaqsan. Təbii ki, bu, karyerana da mənfi təsir eləyəcək. İki əsas önəmli məqam məhz budur”.

Nicat İntiqam