Şimon Peres vəfat edib

435

İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən gecə 94 yaşında vəfat edib.

 

Xatırladaq ki, İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrailin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub. Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib.

Şimon Peres (həmçinin İsrailin o zamankı prezidenti İtshak Rabin və Fələstin prezidenti Yasir Ərəfat) 1993-cü ildə Fələstinlə sülh sazişi imzaladığına görə Nobel mükafatına layiq görülüb.