Şimali Koreya yox olacaq

455

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Haley BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını nəzarət altına alacaq planların artıq tükəndiyini deyib.

alpaninfo.com publika.az-a istinadən xəbər verir ki, buna görə də ABŞ artıq Şimali Koreya problemini Pentaqona həvalə etməyə hazırlaşır.

N.Haley bildirib ki, Şimali Koreya “əttökən” nüvə proqramına davam etdiyi təqdirdə ABŞ özünü və mütəffiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq. O, bütün dünyanın bunu bildiyini və heç kimin müharibə istəmədiyini qeyd edib.

ABŞ Prezidenti Donald Trampın “Şimali Koreyanın ABŞ-ın qəzəb və hiddəti ilə qarşı-qarşıya qalacağı” təhdidinə diqqət çəkən N.Haley bu sözlərə rəğmən, Şimali Koreyanın Qoam adası təhdidini, hidrogen bombası sınaqlarının hələ də davam etdiyini bildirib:

“Bu, boş təhdid deyil. Şimali Koreya məsuliyyətsiz hərəkətlər sərgiləyərkən biz bütün sülh yollarını sınadıq və məsuliyyətli davrandıq. Təhlükəsizlik Şurasında edə biləcəyimiz hər şeyi etdik. Bundan sonra sülh danışıqları heç bir işə yaramasa, işə Pentaqon qarışacaq və biz buna məmnuniyyətlə razıyıq”.