Şimal bölgəsinə 22 sm hündürlüyündə qar yağıb

513

Noyabrın 22-si axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarına qar yağıb. Hava şəraitinin kəskin soyuması ilə əlaqədar temperatur mənfi 2-8 dərəcəyədək enib. Ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 22 santimetrə çatır, temperatur isə mənfi 8 dərəcə təşkil edir. Qusarın Ləzə kəndində 19, Xızının Altıağac qəsəbəsində isə 4 santimetr hündürlükdə qar yağıb.

Dağlıq ərazilərlə yanaşı, Quba (1 santimetr) və Qusarın (4 santimetr) rayon mərkəzlərinə də qar düşüb.

Quba Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, dağlıq ərazilərdə qar hazırda da yağmaqda davam edir.