Sığorta şirkətləri topladıqları hər 100 manatın 31 manatını geri ödəyiblər

0
595
Bu ilin ilk yarısında ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətinin xətti ilə təxminən 212 milyon manat sığorta haqqı toplanıb. Sığorta haqları yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon manat və ya 7,1% çoxdur. 2014-cü ilin ilk 6 ayı ərzində sığorta şirkətlərinin həyata keçirdikləri sığorta ödənişlərinin məbləği isə 65,4 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 7,3 milyon manat və ya 12,6% çoxdur. Beləliklə, ilin ilk 6 ayı ərzində sığorta bazarında toplanan hər 100 manat sığorta haqqı müqabilində 30,9  manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 29,3 manat olub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda toplanan sığorta haqlarının 26,4%-i və ya 56 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov jurnalistlərlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 19,5 milyon manat və ya təxminən 53% böyüyüb. Həyat sığortası üzrə yığımların 51,85%-i və ya 29,1 milyon manatı həyatın yaşam sığortasının, 33,7%-i və ya 18,9 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 14,3%-i və ya 8 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 85 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk 6 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 3,5 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 5,3%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 1,5 milyon manat və ya təxminən 76% çoxdur. Həyat sığortası üzrə ödənişlərin 55,3%-i və ya 1,93 milyon manatı həyatın yaşam sığortasının, 32,6%-i və ya 1,14 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,8%-i və ya 411 min manatı həyatın ölüm halından sığortasının, cəmi 12500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb. Yeri gəlmişkən, sonuncu növ üzrə ödəniş ilk dəfə ötən ay keçirilib.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 6,24 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 5,43 manat olub.

Avtomobillərin icbari sığortası üzrə 30,1 milyon manat toplanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 156 milyon manatı və ya 73,6%-i qeyri-həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 5,5 milyon manat və ya təxminən 3,4% azalıb. Qeyri-həyat sığortası üzrə yığımların 27,3%-i və yaxud 42,6 milyon manatı tibbi sığortanın, 19,3%-i və ya 30,1 milyon manatı avtomobillərin icbari sığortasının, 11,1%-i və ya 17,3 milyon manatı kasko sığortanın, 10,8%-i və ya 16,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 8,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

2014-cü ilin ilk 6 ayında sığorta bazarındakı ödənişlərin 94,7%-i və ya 61,9 milyon manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 5,8 milyon manat və ya təxminən 10,3% çoxdur. Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,2%-i və ya 23 milyon manatı tibbi sığortanın, 21,4%-i və ya 13,2 milyon manatı kasko sığortanın, eyni nisbətdə, yəni 21,4%-i və ya 13,2 milyon manatı avtomobillərin icbari sığortasının, 9,4%-i və yaxud 5,8 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,6%-i və ya 1 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 34,8 manat olub.

 Könüllü sığortalar üzrə ödənişlər 12,2%, icbari sığorta növləri üzrə ödənişlər isə 13,7% artıb

Bu ilin yanvar-iyun aylarında sığorta haqlarının 67%-i və ya 141,7 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% və ya 12,2 milyon manat çoxdur. İcbari sığorta növləri üzrə yığımlar isə 70,3 milyon manat və ya bazarın 33%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 2,64% və ya 1,81 milyon manat artıb. 2014-cü ilin ilk 6 ayında ümumi ödənişlərin 70%-i və ya 46 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 12,2% və ya 5 milyon manat artıb. İcbari sığorta növləri üzrə ödənişlər isə 13,7% və ya 2,3 milyon manat artaraq 19,4 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 32,5 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 31,7 manat olub. İcbari sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötənilki 24,9 manatdan 27,6 manata qalxıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here