Azərbaycanda dindən yazan jurnalistlər üçün kurslar təşkil olunacaq. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, ölkədə bəzi jurnalistlər dini təbliğ edərkən bilməməzlikdən səhvlərə yol verirlər: “Onlar dini terminləri düzgün bilmirlər. Buna görə də təklif etmişəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə jurnalistlər üçün kurs təşkil edək. Mən hətta dinlə bağlı telekanalın da açılmasının tərəfdarıyam. Əgər belə olsa, bu problem həllini tapacaq”. A.Paşazadə bildirib ki, ölkədə dini telekanalın açılması üçün dövlət başçısına müraciət edib.
Son xəbərlər
Vətən Müharibəsində hücuma keçən ilk tankçı
“Evlə danışanda bir dəfə də yoruldum, qorxdum, bezdim demədi. Həmişə deyirdi ki, Azərbaycanın hər bir qarışı bizim vətənimizdir, onu da qorumalıyıq, borcumuzdur”.
Lerikin Kornədi kəndində...