Şeyx Şamilə görə cəzalandırılmış alim (2)

485
Bolşeviklər tərəfindən Azərbaycanın milli varlığının yox edilməsinə qarşı yönələn repressiya illərində Heydər Hüseynov çoxlarından fərqli olaraq, dilini möhkəm saxlayaraq, özünü sürgündən qoruya bilmişdi. Amma aydın məsələ idi ki, həmin dövrdə Azərbaycan elminin tanınmış simalarının məhv edilməsi və ya sürgünə göndərilmələri Heydər Hüseynovun da qəlbində ağır izlər buraxmışdı.
 
 İş orasındadır ki, repressiyaya göndərilən vətənpərvər elm xadimlərinin bəzilərini Heydər Hüseynov yaxından tanıyırdı, bəziləri isə onun müəllimi olmuşdu. O, buna qarşı etiraz səsini ucaltsa və ya onları açıq müdafiə etsəydi, dərhal onun özünü də gedər-gəlməzə göndərəcəkdilər. Ona görə də o, susmağa üstünlük verərək, öz milli mübarizəsini gizli yollarla davam etdirdi. Bu, olduqca ağır mübarizə idi . Amma belə bir yolla milli ruhumuzu, varlığımızı az da olsa qoruyub saxlamaq və bu əsasda da imperiyaya qarşı milli ruhda yeni mübarizlər yetişdirmək mümkün oldu. Bunu Heydər Hüseynovla bağlı baş verən sonrakı hadisələr də bir daha sübut etdi.

 

Heydər Hüseynov özünün elmi tədqiqat işlərini də uğurla davam etdirirdi. Bunun da nəticəsində o, 1939-cu il iyun ayının 15-də  Tiflis şəhərində “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiyasını müdafiə etdi. Bu dissertasiya Azərbaycan fəlsəfə tarixinə yenilik gətirdi. Belə ki, həmin dövrə kimi Axundovun fəlsəfi görüşləri hərtərəfli tədqiq edilməmişdi. ədalət naminə deyək ki, Hüseynovun Axundovun fəlsəfi görüşləri ilə bağlı elmi işi sovet ideologiyasının tələbləri əsasında yazılmışdı. Amma burada bir maraqlı məqam vardı. Bu da gənc alimin – Heydər Hüseynovun Axundovun fəlsəfi görüşlərindəki milli azərbaycançılıq ideologiyasını ehtiyatla da olsa önə çıxarması və onun köklərinin tarixin dərinliklərinə gedən mənbələrdən qidalanması və Şərqdə məşhur filosofları ilə tanınan Azərbaycan fəlsəfə məktəbinin ruslarınkından istər elmi baxımdan, istərsə də ruhən və mənən qat-qat üstün olmasına diqqəti cəlb etməsi idi. Bu fakt isə Azərbaycan elminin, belə demək mümkünsə, qaymaqlarının kütləvi şəkildə sürgünlərə göndərildiyi və milli ruhumuzun məhvinə yönələn repressiya illərində olduqca önəmli idi. Bolşeviklər tərəfindən Azərbaycanın milli varlığının yox edilməsinə qarşı yönələn repressiya illərində Heydər Hüseynov çoxlarından fərqli olaraq, dilini möhkəm saxlayaraq, özünü sürgündən qoruya bilmişdi. Amma aydın məsələ idi ki, həmin dövrdə Azərbaycan elminin tanınmış simalarının məhv edilməsi və ya sürgünə göndərilmələri Heydər Hüseynovun da qəlbində ağır izlər buraxmışdı. İş orasındadır ki, repressiyaya göndərilən vətənpərvər elm xadimlərinin bəzilərini Heydər Hüseynov yaxından tanıyırdı, bəziləri isə onun müəllimi olmuşdu. O, buna qarşı etiraz səsini ucaltsa və ya onları açıq müdafiə etsəydi, dərhal onun özünü də gedər-gəlməzə göndərəcəkdilər. Ona görə də o, susmağa üstünlük verərək, öz milli mübarizəsini gizli yollarla davam etdirdi. Bu, olduqca ağır mübarizə idi . Amma belə bir yolla milli ruhumuzu, varlığımızı az da olsa qoruyub saxlamaq və bu əsasda da imperiyaya qarşı milli ruhda yeni mübarizlər yetişdirmək mümkün oldu. Bunu Heydər Hüseynovla bağlı baş verən sonrakı hadisələr də bir daha sübut etdi.

SSRİ-nin də iştirak etdiyi  II Dünya müharibəsi illərində Heydər Hüseynov olduqca ağır bir şəraitdə, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək, professor elmi dərəcəsini aldı. Bir sözlə, həmin dövrdə o, çoxlarının arzuladığı, ancaq fəth edə bilmədiyi elmi bir zirvəni fəth etdi. Bundan sonra isə onun qabağında milli varlığımızın müdafiəsi üçün daha geniş qapılar açıldı. Çünki doktorluq dissertasiyasını müdafiə etməsi ona milli ruhda köklənən yeni elmi kadrlar hazırlanmasında birbaşa iştirak etmək imkanı vermişdi.

Burada bir önəmli fakta da diqqəti cəlb etmək istəyirik. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, milli varlığımızın qorunub saxlanılmasına xidmət edən mübarizəsini gizli müstəviyə keçirən Heydər Hüseynov həmin dövrdə baş verən siyasi hadisələrdən özünü təcrid etməsi, daim təmkinli olması, ətrafında oynanılan çirkin oyunlara baş qoşmaması ilə rejimin diqqətini özünə cəlb edə, onun qatı tərəfdarı kimi göstərə bilmişdi. Repressiya illərində çoxlarından fərqli olaraq, Heydər Hüseynov heç kimdən donos yazmadı, ev yıxmadı və özünün milli-mənəvi təmizliyini qoruyub saxlaya bildi. Bu da onun vəzifə pillələrində sürətlə irəliləməsində xüsusi rol oynadı. Ötən əsrin 30-cu illərində Heydər Hüseynovun səmərəli və məhsuldar fəaliyyəti ölkəni idarə edənlər tərəfindən də rəğbətlə qarşılanmış və onun adı perspektivli kadr kimi xüsusi siyahıya salınmışdı. Bu da tezliklə onun yeni vəzifələrə irəli çəkilməsi demək oldu. Bu müstəvidə də Heydər Hüseynov 1936-cı ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru təyin edildi. O bu vəzifədə 4 il işlədi. 1939-cu ildə isə ona yeni bir etimad göstərdilər. Alimi SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini təyin etdilər.

Elmi-fəlsəfi axtarışları ilə yanaşı, Heydər Hüseynov ədəbiyyatımızın görkəmli nümayəndələrinin ədəbi sahədəki fəaliyyətlərini yüksək qiymətləndirir, onların dünənimizlə bu günümüz arasında möhkəm əsaslar üzərində qurulmuş bir körpü olduğunu vurğulayırdı. Bununla əlaqədar alim 1943-cü ildə çıxan “Azərbaycan ədəbiyyatı tarixi”nə yazdığı müqəddiməsində ədəbiyyatımızın milli varlığımızın qorunub saxlanılmasında oynadığı əvəzsiz xidmətlərə toxunur, xalq yaradıcılığını Azərbaycan xalqının ən böyük xəzinəsi hesab edirdi. Filosof alim yazırdı: “ədəbiyyat öz səhifələrində xalqımızın bütün tarixi boyu yaratdığı yüksək bəşəri ideyaları, fəlsəfi fikirləri, elmi prinsipləri hifz etmiş, qərinələrdən-qərinələrə, nəsillərdən ən böyük bir hədiyyə olaraq təqdim etmişdir… Buna görə də ədəbiyyatımız xalqımızın fəxridir”.

1945-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Azərbaycan SSRİ Elmlər Akademiyasına çevrildi. Heydər Hüseynov isə akademiyanın vitse-prezidenti kimi fəaliyyətini davam etdirdi. Buna paralel olaraq, Heydər Hüseynov 1945-ci ildə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifəsinə təyin edildi.

O bu vəzifədə qısa müddətdə həm partiya, həm də Azərbaycan tarixinin obyektiv şəkildə və yenidən yazılması üçün özünün geniş imkanlarından istifadə etdi. Bu müstəvidə də tariximizi yenidən yaza biləcək milli ruhda köklənmiş gənc tarixçilərin yetişdirilməsində onun xüsusi  xidmətləri oldu. Həmin dövrdə Ermənistan Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Bu məqsədlə də Ermənistan rəhbərliyi 1945-ci ildə SSRİ Ali Soveti, şəxsən İ. Stalin qarşısında məsələ qaldıraraq, Qarabağın guya tarixi erməni torpağı olduğu barədə təhrif olunmuş saxta sənədləri ona təqdim etmişdi. Belə bir vəziyyətdə isə Azərbaycan tarixinin faktlar əsasında yazılması və Qarabağın erməni torpağı olmadığını sübut etmək lazım gəlirdi. Bu məsələ şəxsən Mircəfər Bağırovun nəzarəti altında idi və o, qarşı tərəfin iddialarının əsassız olmasını sübut etmək üçün tarixçilərimzdən tutarlı faktlar tələb edirdi. Bu məqsədlə də bir qrup tarixçi ilə görüşən Bağırov: “Ermənistan və Gürcüstan öz tarixlərini yazıblar. Bəs biz nəyi gözləyirikə Məgər bizim tariximiz olmayıbmıə Qısa müddətdə bununla bağlı lazımi araşdırmalara başlayın ki, qarşı tərəfin  iddialarının əsassız olduğunu sübut edə bilək”,-deyə onlara tapşırıq vermişdi.

Bu işdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru kimi xüsusi fəallıq göstərən Heydər Hüseynov tariximiz yazılarkən respublikamız haqqında obyektiv məlumatların əksini tapmasını nəzarət altında saxlayır və yeri gəldikcə bu iş üzərində işləyən gənc tarixçilərə dəyərli məsləhətlər verirdi. Çünki Azərbaycan tarixi də sovet ideologiyasına uyğun şəkildə yazılırdı. Üstəlik, həqiqi Azərbaycan tarixinin yazılmasına türklərə düşmən münasibət bəsləyən Stalin rejimi də mane olurdu. Stalin, ümumiyyətlə, türk adını eşitmək istəmirdi. Ona görə də belə bir vəziyyətdə Azərbaycanın həqiqi tarixini yazmaq olduqca çətin idi. Buna görə də qısa müddətdə müxtəlif tarixi faktlardan istifadə edərək,  Azərbaycan tarixi yazıldı və erməni iddialarının əsassız olduğu sübut edildi. Amma bu məsələdə Stalini razı salmaq üçün məcburi şəkildə milli mənsubiyyət ( türk) məsələsində bəzi təhriflərə yol verilmişdi. Bu, təhriflərə yol verilməsəydi, Stalinin ( onu əsasən azərbaycanlıların türk olmaması və türklərin bu ərazilərə sonralar gəlməsi ilə razı salmaq olardı) ermənilərin iddialarını dəstəkləyəcəyi şübhə doğurmurdu…

 

Mükafat və cəza

Adama elə gəlirdi ki, hər şey Heydər Hüseynovun arzuladığı kimi, onun istəklərinə uyğun gedir. Belə ki, ötən əsrin 40-cı illərində elmi fəaliyyətinin ən parlaq dövrünü yaşayan Heydər Hüseynov elmi tədqiqatlarına görə artıq bir-birinin ardınca Stalin mükafatları almaqda idi. İlk belə bir mükafatı Heydər Hüseynov 1948-ci ildə aldı. 1940-46-cı illərdə “Tam Azərbaycan-rus lüğəti”nin yaradılması sahəsində səmərəli və ardıcıl fəaliyyətinə görə, ona ikinci dərəcəli Stalin mükafatı verildi.

 

 

Ermənilərin həmin dövrdə  Azərbaycana qarşı qaldırdıqları ərazi iddialarından sonra alimlərə  daha həssas münasibət bəsləməyə başlayan, xüsusilə akademik Heydər Hüseynova həmişə rəğbətlə yanaşan, onun yüksək vəzifələrə çəkilməsinə yardım edən Mircəfər Bağırov  bu dəfə özünün sərt üzünü göstərərək, imperiya nökərlərinin toruna düşdü. O, dərhal məsələnin araşdırılması və günahkarın  cəzalandırılması barədə göstəriş verdi. Onun bu göstərişindən sonra imperiya nökərləri Heydər Hüseynovun  əleyhinə təbliğatı daha da gücləndirdilər. Xüsusilə, ziyalılar arasında Heydər Hüseynovun simasında xalq düşməni obrazı yaradılmağa başlandı.  Onun nəinki həmin dövrdəki fəaliyyəti, hətta keçmişi, atasının tacir olması belə araşdırılır və bu yolla onun sovet hökumətinə qarşı düşmən olmasını sübut edə biləcək daha tutarlı faktlar tapmağa çalışırdılar.
 
Heydər Hüseynovun elmi yaradıcılığının zirvəsi 733 səhifədən ibarət “XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrinin tarixi haqqında” fundamental əsəri hesab edilir. Bu əsər istər Azərbaycanda, istərsə də Moskvada tədqiqatçı alimlər və məşhur filosoflar tərəfindən yüksək qiymətləndirildi. Rus dilində yazılan və 1949-cu ildə çapdan çıxan bu elmi əsər 1950-ci ilin mart ayında Stalin mükafatına layiq görüldü. Həmin dövrdə Heydər Hüseynov Azərbaycanda bir neçə il ərzində dalbadal iki dəfə Stalin mükafatı alan yeganə adam idi. Onu da deyək ki, vətənpərvər alim hər iki Stalin mükafatını yetimlər evinə bağışlayıb.

“XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabının redaktoru akademik Aleksandr Osipoviç Makovelski (1884-1969) Heydər Hüseynovun bu əsərini son illərin böyük əhəmiyyətə malik olan elmi tədqiqat işi adlandırmış və bu münasibətlə müəllifi təbrik etmişdi. O, əsərlə bağlı “Redaktorun ön sözü” adlı yazısında adıçəkilən kitabı “XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk təcrübəsi”adlandırmış və fəlsəfə elmi sahəsində qazandığı böyük uğurlara görə onu digər alimlərə də nümunə göstərmişdi.

Elmi-fəlsəfi baxımdan olduqca böyük dəyərə malik olan bu əsərdə məşhur filosof alim Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrinin əsas inkişaf mərhələlərini müəyyənləşdirmiş, M. Ş. Vazeh, A. Bakıxanov və başqalarının fəlsəfi dünyagörüşünü araşdıraraq onların milli fəlsəfi və bəşəri əhəmiyyət daşıdığını dəqiqliklə müəyyən etmişdi. Onu da deyək ki, bu elmi əsərində Heydər Hüseynov XIX əsrdən bəhs etsə də, ondan əvvəlki dövrlərdəki məşhur Azərbaycan filosoflarının fəlsəfi yaradıcılığını da ciddi şəkildə tədqiq etmişdi. Bununla da filosof alim Azərbaycanın qədim mədəniyyətə malik olduğunu, min illər boyu bəşərin mədəni elmi xəzinəsinə onlarla məşhur şair, filosof, mütəfəkkir verdiyini, onu zənginləşdirdiyini xüsusi vurğulamışdı.  Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabı, həqiqətən də,  Azərbaycanda fəlsəfi və ictimai fikri öyrənmək baxımından ən qiymətli əsərlərdən biri, onun elmi fəlsəfi yaradıcılığının zirvəsidir.

“XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabı onun müəllifinə yeni şöhrət və eyni zamanda gözlənilməz faciə gətirdi. İş orasındadır ki, Heydər Hüseynov bu kitabında Şeyx Şamil hərəkatında aparıcı qüvvə rolunu oynayan müridizmə də yer vermişdi. O bununla Şeyx Şamil hərəkatını milli-azadlıq mücadiləsi adlandıraraq, cəsarətlə ona layiq olduğu qiyməti vermişdi. Halbuki Heydər Hüseynova kimi heç bir alim Şeyx Şamil hərəkatının müstəmləkəçiliyə qarşı aparılan mübarizə olduğunu söyləməyə və ya yazmağa özlərində cəsarət tapa bilməmişdi. Amma Heydər Hüseynov haqqı nahaqqa qurban verən alimlərdən deyildi. Buna baxmayaraq, yuıxarıda da qeyd etdiyimiz kimi,  “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabı Stalin mükafatına layiq görüldü. Amma 30-cu illərin repressiyalarında olduğu kimi, bu dəfə də Heydər Hüseynovun paxıllığını çəkən “sapı özümüzdən olan baltalar” işə düşdülər. Bütün ziyalılarımızda, görkəmli dövlət, elm və ictimai xadimlərimizdə rejimə qarşı düşmənçilik motivləri axtaran imperiya nökərləri və akademikin ətrafındakı paxıl və naqis adamlar Heydər Hüseynova da “ilişə” bildilər. Onlar akademikin Stalin mükafatına layiq görülən “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı kitabında Şeyx Şamilin adını çəkməsini və müridizmin əsaslarını tədqiq edərək, onu islam aləmində daha mütərəqqi bir cərəyan kimi qələmə verməsi faktından ona qarşı qarayaxma kimi istifadə etməyə başladılar. Guya Heydər Hüseynov Türkiyə və Böyük Britaniyanın “casusu” olan Şeyx Şamilə rəğbətlə yanaşmaqla və onun milli-azadlıq mücadiləsi apardığını yazmaqla, müridizmin islamın müsbətyönlü cərəyan olduğunu deməklə sovet rejiminə qarşı çıxıb. Bununla əlaqədar əleyhdarları akademiki türk və ingilis casusu, pantürkist adlandırmağa, ünvanına çirkablar atmağa başladılar. İlk vaxtlar Heydər Hüseynovun əleyhinə çirkin təbliğat aşağı səviyyələrdə aparılırdı. Amma akademikin əleyhdarları, nəhayət, bu məsələni Mircəfər Bağırov səviyyəsində müzakirəyə çıxara bildilər. Özünü bolşevik rejiminin qatı tərəfdarı kimi göstərən bu qrup Bağırovla görüşlərində akademik Heydər Hüseynovun  Stalin mükafatına layiq görülən bu əsərində sosializmə düşmən faktların olduğunu, “türk və ingilis casusu” Şeyx Şamili və müridizmi təriflədiyini söyləyərək, onun qatı pantürkist olduğunu söylədilər. Bu qrup dərhal “pantürkist” Heydər Hüseynovun son əsərinə verilən Stalin mükafatının ləğv edilməsini, alimin özünü isə gedər-gəlməzə göndərməyi təklif edirdilər. Halbuki akademikin bu əsəri Moskvada xüsusi senzuradan keçmiş və orada sovet rejiminə qarşı hər hansı düşmənçilik motivləri tapılmamış, əksinə, kitab Stalin mükafatına təqdim edilmişdi. Ermənilərin həmin dövrdə Azərbaycana qarşı qaldırdıqları ərazi iddialarından sonra alimlərə daha həssas münasibət bəsləməyə başlayan, xüsusilə akademik Heydər Hüseynova həmişə rəğbətlə yanaşan, onun yüksək vəzifələrə çəkilməsinə yardım edən Mircəfər Bağırov bu dəfə özünün sərt üzünü göstərərək, imperiya nökərlərinin toruna düşdü. O, dərhal məsələnin araşdırılması və günahkarın cəzalandırılması barədə göstəriş verdi. Onun bu göstərişindən sonra imperiya nökərləri Heydər Hüseynovun əleyhinə təbliğatı daha da gücləndirdilər. Xüsusilə, ziyalılar arasında Heydər Hüseynovun simasında xalq düşməni obrazı yaradılmağa başlandı. Onun nəinki həmin dövrdəki fəaliyyəti, hətta keçmişi, atasının tacir olması belə araşdırılır və bu yolla onun sovet hökumətinə qarşı düşmən olmasını sübut edə biləcək daha tutarlı faktlar tapmağa çalışırdılar. Halbuki Heydər Hüseynov Mircəfər Bağırovun kadrı hesab olunurdu. O, yüksək vəzifələrə də məhz I katibin ( Mircəfərin) tövsiyəsi və razılığı ilə irəli çəkilmişdi. Amma indi, necə deyərlər, tale Heydər Hüseynovdan üz döndərməkdə idi.  Mircəfər Bağırovun məşhur alimə münasibətinin dəyişməsini təsadüfi hesab etmək olmaz. Çox güman ki, Heydər Hüseynovun Stalin mükafatına layiq görülən son əsərində sovet rejiminə düşmən faktlar aşkarlayan imperiya nökərlərindən Bağırov özü də ehtiyat edib. Çünki Bağırov  Heydər Hüseynovu müdafiə edəcəyi halda, imperiya nökərlərinin bu barədə Moskvaya donos yazacaqları, Heydər Hüseynova münasibətdə Bağırovu xalq düşməninin müdafiəçisi kimi ittiham edəcəkləri şübhə doğurmurdu. Bundan isə Moskvada Stalinin ən yaxın dostlarından biri hesab edilən Mikoyanın Bağırovun əleyhinə istifadə edəcəyi aydın idi. Yeri gəlmişkən, onu da deyək ki, Mikoyan və Stalinin ətrafındakı ermənipərəst güclər Bağırova düşmən münasibətdə idilər. Onlar Bağırovu Stalinin gözündən salmaq və həbs etdirmək üçün bəhanə axtarırdılar. Buna da səbəb Bağırovun, əvvəlcə, Mikoyan tərəfindən müharibə iillərində azərbaycanlıların Orta Asiyaya, Qazaxıstana və Sibirə sürgün edilməsinin, həmçinin 1945-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədəki iddialarının qarşısını alması olmuşdu. Bəlkə də Bağırovun birdən-birə Heydər Hüseynova münasibətinin dəyişməsinə də məhz Mikoyan və onun ətrafındakı  ermənipərəst güclər səbəb olub. İş orasındadır ki, əsər Stalin mükafatına layiq görülməzdən əvvəl Bağırova onun məzmunu və orada yazılanlar məlum idi. Yenə də Bağırovun xeyir-duası və razılığı olmasaydı, çətin ki, adıçəkilən əsər Stalin mükafatına təqdim edilərdi. Yeri gəlmişkən onu da xatırladaq ki, hansısa görkəmli ictimai xadim  və ya adi kolxozçu da istər Bağırov, istərsə də ondan sonra Azərbaycanı idarə edənlərin razılığı və tövsiyəsi ilə SSRİ-nin ali mükafatlarına layiq görülürdü. Bu məsələdə ölkəni idarə edən birinci şəxsin sözu, rəyi həlledici idi. Bütün bunları nəzərə alanda belə hesab etmək olar ki, Bağırov özünü gözləyə biləcək təhlükədən sığortalamaq üçün imperiya nökərlərinin görkəmli filosof barədə çaldıqlarına oynamağa məcbur olub… Bununla bağlı maraqlı bir fakta da diqqəti cəlb etmək istəyirik. Həmin dövrdə Bağırov Heydər Hüseynovu yanına çağıraraq, ondan Şeyx Şamilin türk və ingilis casusu olduğunu söyləməsini və bununla bağlı mətbuatda çıxış edərək səhvini boynuna almasını tələb edib. Amma Heydər Hüseynov Şeyx Şamilin ünvanına hər hansı bir xoşagəlməz fikir söyləməkdən imtina edib. Bu faktı sonralar məşhur filosofun qızı Sara xanım da təsdiq edib.