“Sevirəm” kompleksi açıldı

0
331

Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub. Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva parkın rəmzi açılışını bildirən lenti kəsibilər. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi rayonunda yeni salınan “Qızılgül bağı” parkında yaradılan şəraitlə də tanış olublar.