Serj Sarkisyan istefa verib

0
345

Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

“Sizə dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etmişəm. Yaranmış vəziyyətdə bir neçə çıxış yolu var idi. Lakin mən onların heç birinə getmirəm. Mən ölkənin rəhbəri vəzifəsini tərk edirəm”, – deyə Serj Sarkisyan bildirib.

Xatırladaq ki, Sarkisyanın baş nazir seçilməsi əleyhinə etiraz aksiyaları aprelin 13-dən keçirilir.