Bu gün DÇ-2022-nin seçmə mərhələsində 3-cü turun oyunlarına start verilib.
Canni De Byazinin rəhbərlik etdiyi milli komandamız Bakıda qrup lideri Serbiyanı qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:1. Millimizin heyətində isə Emin Mahmudov fərqlənib. Rəqib komandadan isə A.Mitroviç iki dəfə fərqlənib.
Bu, yığmamızın qrupda 2-ci, serblərin isə 3-cü görüşü olub.
Komandaməz ilk turda səfərdə Portuqaliyaya uduzub – 0:1. Serbiya millisi isə ilk turda evdə İrlandiyaya 3:2 hesabı ilə qalib gəlib. 2-ci turda isə öz meydanında Portuqaliya ilə heç-heçə edib – 2:2.
Bununla da Serbiya millisi liderliyini möhkəmləndirib, yığmamız isə sonuncu pilləyə düşüb.
1 | Serbiya | 3 | 2 | 1 | 0 | 7 | 5 | +2 | 7 |
2 | Portuqaliya | 2 | 1 | 1 | 0 | 3 | 2 | +1 | 4 |
3 | Lüksemburq | 1 | 1 | 0 | 0 | 1 | 0 | +1 | 3 |
4 | İrlandiya | 2 | 0 | 0 | 2 | 2 | 4 | -2 | 0 |
5 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 1 | 3 | -2 | 0 |