Serbiya – Braziliya matçına maraq daha böyükdür

384

Rusiyada keçirilən dünya çempionatında bu gün 2 qrupa yekun vurulacaq.

 

Əvvəlcə F qrupunda oyunlar keçiriləcək. İlk iki turu itkisiz başa vuran Meksikaya İsveçlə qarşılaşmada bərabərlik də qane edir. Ancaq avropalıları yalnız qələbə qane edir.

 

İsveçlə matçda son dəqiqə qolu sayəsində qələbə qazanan Almaniya qrupun autsayderi Cənubi Koreyanı sınağa çəkəcək. Məhz bu amil Bundestimin işini asanlaşdırır.

 

E qrupunda İsveçrənin işi daha rahatdı. Autsayder Kosta-Rika ilə qarşılaşmada komandaya heç-heçə də kifayət edir.

 

Serbiya – Braziliya mübarizəsinə maraq daha böyükdü. “Sambaçılar”dan fərqli, serblər bu qarşılaşmada mütləq qalib gəlməlidilər.

 

Dünya çempionatı

III tur

27 iyun

 

F qrupu

18:00. Cənubi Koreya – Almaniya

Baş hakim: Mark Geyger (ABŞ)

Kazan. “Kazan Arena”

 

18:00. Meksika – İsveç

Baş hakim: Nestor Pitana (Argentina)

Yekaterinburq. “Yekaterinburq Arena”

 

Turnir cədvəli

1. Meksika 2 2 0 0 3-1 6
2. Almaniya 2 1 0 1 2-2 3
3. İsveç 2 1 0 1 2-2 3
4. Cənubi Koreya 2 0 0 2 1-3 0

 

E qrupu

22:00. Serbiya – Braziliya

Baş hakim: Alireza Faqani (İran)

Moskva. “Spartak” stadionu

 

22:00. İsveçrə – Kosta-Rika

Baş hakim: Klemen Turpin (Fransa)

Nijni Novqorod. Mərkəzi stadion

 

Turnir cədvəli

1. Braziliya 2 1 1 0 3-1 4
2. İsveçrə 2 1 1 0 3-2 4
3. Serbiya 2 1 0 1 2-2 3
4. Kosta-Rika 2 0 0 2 0-3 0