“Sent-Etyen” – “Qəbələ” oyunu türkiyəli hakimlər briqadasına tapşırılıb

0
364

“Qəbələ”nin Avropa Liqasında “Sent-Etyen”lə səfər matçının hakimləri müəyyənləşib. UEFA III tur qarşılaşmasını türkiyəli hakimlər briqadasına həvalə edib. “Joffrua Qişar” stadionunda keçiriləcək görüşdə Ali Palabıyık ədalət təmsilçisi olacaq. Ona Cem Satman və Əkrəm Kan kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Ceyhun Sesigüzel yerinə yetirəcək.Matçın əlavə köməkçi hakimləri Alper Ulusoy və Volkan Bayarslan olacaq. Hakimlərin işinə macarıstanlı hakim-inspektor Laslo Vaqner qiymət verəcək. UEFA nümayəndəsi kimi isə israilli Yakob Erel iş başında olacaq.
Qeyd edək ki, “Sent-Etyen” – “Qəbələ” oyunu oktyabrın 20-də baş tutacaq.
Oktyabrın 20-də Bakıda keçiriləcək “Qarabağ” – PAOK qarşılaşma isə israilli hakimlərə tapşırılıb. Matçı Alon Yefet idarə edəcək. Ona həmyerliləri Danni Krasikov, Nissan Davidi kömək edəcəklər. Matçın əlavə köməkçi hakimləri Rua Reinşreyber və Ziv Adler olacaq. Dördüncü hakim funksiyasını Kiril Balikin yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektoru İqor İşenko (Ukrayna), UEFA nümayəndəsi Rudolf Mannaerts (Belçika) olacaq.Yefet bu vaxta qədər 2 dəfə təmsilçilərimizin oyununu idarə edib.
Belə ki, 2002-ci ildən FİFA referisi adını daşıyan israilli hakim ilk olaraq, AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan və Bolqarıstan yığmaları arasında Bakıda baş tutan qarşılaşmada ədaləti qoruyub. Qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Yefet millimizin üzvlərinə 3, rəqiblərimizə isə 1 sarı vərəqə verib.

Yefetin əsl peşəsi marketinq sahəsi üzrə menecerlikdi. Hobbisi isə filmlərə baxmaq, səyahət etmək və basketbol oynamaqdı.