Senat, yoxsa qarğa bazarı?..

47

Müsyö Makron parlamenti ermənilərin vanna otağına çevirib

Görün, vaxtilə Fransa Prezidenti general De Qollun böyük hörmət göstərdiyi Azərbaycana indi bu ölkədə hansı münasibət göstərilir.

Bildiyimiz kimi, Fransa Senatı son iki ildə ikinci qalmaqallı anti-Azərbaycan qətnaməsini qəbul etdi. Hələ həmin müddətdə Azərbaycana olan təzyiqləri, hədə-qorxuları, gözağartmalarını demirik. Senatın iclası ermənilərin qarğa bazarını xatırladıb. Orada danışılanların hamısı sanki vazgenlərin, vartazarların hürmələrinə oxşayırdı. 332 senatordan 295-i qətnamənin lehinə, biri əleyhinə səs verib, qalanları isə bitərəf qalıb. Əvvəla, vurğulamaq lazımdır ki, 2020-ci il qətnaməsi kimi, yeni qəbul edilmiş sənədin də heç bir hüquqi qüvvəsi yoxdur, yəni, fuflodur.  Senatın Fransa hökumətini nəyəsə məcbur etmək səlahiyyəti yoxdur, o, yalnız heç bir hüquqi qüvvəsi olmayan tövsiyələr və müraciətlər verə bilər. Ancaq hiss olunur ki, ermənipərəst firənglər az qala Makronun üstünə qışqırıb deyirlər ki, sən yazdıqlarımızı qəbul etməlisən. Həmin cızmaqarada öz ərazilərini işğaldan azad edən Azərbaycan “işğalçı” adlandırılır. İşə bax, özləri hələ də müstəmləkəçi ola-ola, Afrika adalarında kiçik millətlərə və etnik qruplara zülm etdikləri halda öz torpağını azad edənə işğalçı deyirlər. Utanmasan oynamağa nə varmış!

Bu, onu göstərir ki, erməni lobbisi həm Fransa Prezidenti Emmanuel Makronu, həm də bu ölkə hakimiyyətini olan qüvvələri öz təsiri altına sala bilib. Əxlaqsızlıqda bir-birinə oxşayanların əməlləri də oxşardır. Yəni, fikirləri-zikrləri onun-bunun torpağını qəsb etməkdir. Bu mənada çıxardıqları hoqqalar da “əkiz”dir. Görünür, senatorlar iclasa girməzdən əvvəl İrəvan konyakından “düt” deyənə qədər “vur”ub kəllə-mayallaq olublar. Məhz bu səbəbdəndir ki, Makronun Fransanın ikinci televiziyasına müsahibəsi zamanı da biz ermənipərəst mövqelərin müdafiə olunduğunu gördük. Hazırkı qətnamə də tərbiyəsizcəsinə çox sərt və radikal mövqedən qəbul olunub. Eyni zamanda, müzakirələr zamanı bəzi Senat üzvləri açıq şəkildə Azərbaycana düşmənçilik və nifrət dolu fikirlərini ifadə ediblər. Hətta onlar açıq-aşkar və həyasızcasına Azərbaycanın daxili işlərinə qarışmaqdan da çəkinməyiblər. Bəs bu firənglərin Azərbaycana qəfil hücumlarının səbəbi nədir?

Cavab sadədir. Müsyö Makron Azərbaycandan umduqlarını ala bilmədiyinə görə qisas almaq, hegemon kimi özünü gözə soxmaq istəyir. Bu umacaq isə Cənubi Qafqazda yerləşmək üçün icazə almaqdır. Azərbaycan isə buna icazə vermir.

Təbii ki, Azərbaycanın bundan sonra da müvafiq addımlar atacağı gözlənilir. Fransa düşünməsin ki, təzyiq göstərmək yalnız ona məxsusdur. Həmin təzyiq vasitələri Azərbaycanın da əlində mövcuddur. Azərbaycan Milli Məclisinin bəzi deputatları kəskin çıxış edərək hətta Fransa ilə diplomatik əlaqələrin kəsilməsini, oradakı səfirin geri çağırılmasını hökumətə təklif ediblər. Parlament üzvləri Fransanın Azərbaycandakı hesablarının dondurulması ilə bərabər, Qoşulmama Hərəkatında onun təcavüzkar siyasətini müzakirə edib müvafiq addımlar atılmasını tələb ediblər.

Şübhəsiz ki, Senatda qızmış başların ortaya atdığı bu ağılsız qətnamə cavabsız qalmayacaq, Azərbaycanın demarşı davam edəcək, başqa təsirli qərarlar da qəbul ediləcək. Bəlkə həmin senatorlar konyakın təsirindən ayılıb görərlər ki, Fransanı hansı vəziyyətə salıblar.

Azərbaycanın böyük dostu və qardaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qətnaməni fəlakət və rəzalət adlandırıb. Makronun “dəccal”lıqları ayaq tutsa da yeriməyəcək. Azərbaycan bundan sonra da öz dostları ilə haqq və ədalət mübarizəsini davam etdirəcək. Haqlı mübarizə aparanlar isə sonda qalib gəlirlər.

Dünyaca məşhur amerkan yazıçısı Mark Tven deyib ki, “Fransanın nə qışı, nə yayı, nə də əxlaqı var.” Bu kefiyyətlərin üçüncüsü Makronun xislətində özünü aşkar göstərir. XXI əsrdə bu əxlaqla dost qazanmaq mümkün deyil, əksinə…”İki sahil”