Şedju: “Qalatasaray”a anamın razılığı ilə transfer olundum”

626

2013-cü ildən “Qalatasaray” komandasında top qovan və onunla ölkə çempionu sevincini yaşayan kamerunlu müdafiəçi Aureliyen Şedju (Orelyen Bayar Şedju Fonqan) karyerasının Türkiyədəki dövrü ilə bağlı müsahibə verib. O “Qalatasaray” komandasını seçməsində anasının razılığının və tövsiyəsinin önəmli rol oynadığını söyləyib.

– 22 yaşınızda Fransanın “Rouen” klubu ilə 4-cü liqdə oynayarkən hansı hissləri yaşayırdınız? Nəyə görə o yaşa kimi professional futbolçu kimi yetişə bilməmişdiniz?
– O dövrdə professional bir futbolçu ola bilməməyim həqiqətən də üzücü bir durum idi. Çünki həmin dövrdə mənim 15 deyil, 22 yaşım vardı. O yaşda həyat yolunuzu artıq müəyyən etmiş olmalısınız. Amma mən hələ onda nə edəcəyimi bilmirdim, ağır günlər yaşayırdım. Sonda isə özümə, bir də anama inanaraq bu ağır durumdan çıxmağa çalışdım.
– Özünüzü belə ağır vəziyyətdən çıxarmağı necə bacardınız?
– “Həmin dövrdə “Lill”in ehtiyat komandasını çalışdıran bir nəfər məşqçini tanıyırdım. Ona müraciətlə: “Nə etmək istəyirsən, məni komandana transfer etmək niyyətin varmı?” deyə mesaj yolladım. Cavab almayınca yenə ona zəng elədim. O dedi ki, arada gəl, baxarıq. Amma o çox qeyri-müəyyən danışdı. Onun bu danışığı bütün ümidlərimi alt-üst etdi. Amma gözləmədiyim halda bir həftədən sonra o mənə mesaj göndərərək yanına gəlməyimi istədi. Bu mesaj bütün həyatımı dəyişdi. Əgər o mesaj olmasaydı, bu anda sizə də müsahibə verə bilməyəcəkdim. 4-cü liqadakı komandada ilk 11 oyunçu arasında olmadığım halda yeni bir imkan əlimə düşmüşdü. Ona görə də sevincimdən ağladım.
– “Lill”dən öncəki həyat şəraitinşz necə idi, heç futbolu buraxmaq fikrinə düşmüşdünüzmü?
– “Pau”da oynayarkən ayda 200 avro maaş alırıdm. “Rouen” də maaş almırdım, sadəcə hər oyuna görə, mükafat verirdilər. Onda həyat yoldaşımla birgə oteldə, bir otaqda yaşayırdıq. Həyat yoldaşım hamilə olduğu üçün nə isə qərar qəbul etməli idim. Təbii ki, bir arada futbolu buraxmağı belə düşündüm. Çünki futbolçu kimi nəyə isə nail ola biləcəyimə artıq inana bilmirdim. O dövri xatırlayarkən və bu barədə sizə danışarkən inidinin özündə belə həyacan keçirirəm. Bu barədə bir az da danışsam, gözyaşlarımı saxlaya bilməyəcəyəm. Biz də türklər kimi ailəcanlıyıq, ailəyə görə məsuliyyət daşıyırıq, onları üçün nə isə etmək istəyirik.
– Futboldan ümidinizi kəsində hansı işlə məşğul olmağı düşündünüz?
– O vaxt anama yenidən Kameruna qayıdıb pul qazanacağımı söylədim. Anam isə geri qayıtmağımın əleyhinə çıxdı. O dedi ki, 22 yaşına kimi futbol oynamağa zəhmət çəkmisən. İndi onu buraxa bilməzsən. Mən Avropada futbol adına əziyyət çəkdiyimi, Kameruna dönəndə yeni bir həyat quracağımı söylədim. Amma anam razı olmadı, Avropada qalıb futbol oynamağımı tövsiyə etdi.
– Kamerunda pulu necə qazanacaqdınız?
– Mən məktəbdə yaxşı oxumuşam. Vətənə geri dönüb həkimlik oxumaq niyyətindəydim. Oxuya-oxuya da bir iş tapıb ailəmi dolandırmağı düşünürdüm.
– “Lill” ilə birlikdə Fransa çempionu oldunuz, Çempionlar kubokunda çıxış etdiniz. “L’Equipe” tərəfindən ilin ən yaxşı müdafiəçisi elan olundunuz…
– Əlbəttə, Fransa çempionu olmaq, Çempionlar liqasında oynamaq çox xoş bir işdir. Amma karyeramın zirvəsini “Qalatasaray”da keçirdiyimi düşünürəm. Hazırda hər şey daha rahat, daha ğözəl gəlir mənə. “Qalatasaray”da 3 kuboku birdən qazanan bir heyətin üzvü idim. Bu, həyatımın ən gözəl günləri oldu.
– Hətta küçlərdə azarkeşlərlə birgə qələbəni bayram da etdiniz…
– Bu, həyatımda inanılmaz bir gün idi. “Fənərbağça”nın “Başakşəhər”lə oynadığı oyundan sonra əlimə bayraq alıb küçəyə çıxdım. Məni görəndə azarkeşlər gözlərinə inanmadılar, sonra birlikdə əylənməyə başladıq. Mən də özümü bir azarkeş kimi hiss etdiyim üçün onlarla brgə bu sevinci yaşadım. Onlar qələbəmizi necə bayram etdilərsə, mən də onlarla eyni sevinci bölüşdüm.
– 30 yaşınızın olmasına baxmayaraq hələ də oynadığın mövqelərdə bir qeyri-müəyyənlik var. Əvvəllər hansı mövqelərdə oynadınız? Hansı mövqelərdə özünüzü daha yaxşı hiss edirsiniz və indi harada oynamaq istəyirsiniz?
– Mən orta sahə oyunçusu olduğum üçün müdafiədə olsam belə topla oynamağı sevən biriyəm. Top məndə olanda onu “hansı oyunçuya versəm daha yaxşı olar” deyə fikirləşirəm. Mən “Qalatasaray”a gələndə müdafiəçi kimi tanınırdım. Amma vurduğum qollarla, qolla nəticələnən ötürmələr verməyimlə özüm haqqında olan fikirlərin dəyişməsinə nail oldum. Ona görə də məni müdafiədə deyil, hücuma yaxın mövqedə oynatmağa başladılar.
– “Qalatasaray”ın kadrosunu nəzərə alanda və öz imkanlarınızı dəyərləndirəndə sizin üçün ən uyğun yerin müdafiə ola biləcəyi barədə fikirləşirsinizmi?
– Bu barədə qərarı baş nəşqçi verir. Mən müdafiədə və yaxud orta sahədə oynamağımdan asılı olmayaraq hər yerdə özümü xoşbəxt hiss edirəm. Növbəti matçda mənə digər mövqedə oynamağı məsləhət bilsələr, bunu da məmnunluqla qəbul edirəm. Bəlkə də başqa oyunçunun mövqeyini dəyişəndə, onun üçün bu, problemə çevrilə bilər. Mənə gəlincə meydanın harasında, hansı mövqedə oynağımın fərqi yoxdur. Mən bütün hallarda öz oyunumu oynayacağam.
– Bildiyimiz qədər siz vaxtı ilə 10 nömrə altında çıxış etmisiniz…
– “Lill”də ilk oyuna Makounla birgə çıxmışdım. Orta sahədə oynayırdım. 2007-ci il dekabr ayının birində 10 nömrə altında meydana çıxmağa başladım. O xoşbət anları ömrümün sonuna kimi unuda bilməyəcəyəm. Kamerun yığma komandasında da 10 nömrə altında oynadım. Kamerunda ilk vaxtlar məhəllədə futbol oynayanda qapıda da dayanmışdım. Amma hücumu çox sevirəm. Hücum xəttində seçimin daha çox olur. Hücumda qol vurmaq istəyirsən, hətta səhv etsən belə arxadakı oyunçuların səhvini düzəldəcəyini düşünürsən. Ona görə də hücum xəttində özünü daha rahat hiss edirsən.
– Buraxılan qoldan sonra hücuma həvəsin artırmı?
– Əgər belə düşünsəniz, onda öz oyununuzu itirər və oyunu uduzarsınız. Qol buraxanda kimin harada səhv etdiyini dərhal bilirik. Ona görə də əsəblərimizi sakitləşdirməyə çalışaraq oyuna yenidən başlamaq məcburiyyətindəsən. Əks halda, yəni qol buraxandan sonra özünü ələ alıb daha sakit və məzmunlu oyun nümayiş etdirməyə çalışmasan, onda yenidən səhvlər etməyə başlayacaqsan.
– Ən çox çatışmazlığın nədir?
– Orta sahədə rəqibdən top almaqda çətinlik çəkirəm. Müdafiədə isə ən böyük səhvim bəzən özümə arxayın olmağım olur. Bəzən itirilməyəsi topları itirirəm. Bu səhvlərimi düzəltməyə çalışıram.
– Bəzən çox cəsur olduğunu düşünürsənmi..
– Qətiyyətlə yox.
– “Yuventus”la oyunda yerə yıxılaraq qalxmaq istəməyən Ebuyeni tutub qaldırarkən ağlınızdan nələr keçirdi?
– “Yuventus”la oyunda rəqib ara vermədən hücum edirdi. Hamımız yorulmuşduq. Bu zaman rəqiblə toqquşmada yerə yıxılan Ebuye vaxt qazanmaq üçün yerdən qalxmaq istəmirdi. Mən belə şeylərin əleyhimizə işləyəcəyini, komandamızın imicinə mənfi təsir edəcəyini düşünürək buna görə ona əsəbiləşdim. Hər halda “Qalatasaray” vaxt udmaqla qələbə qazanan komandalardan deyil. Həm də bizim belə hərəkətimiz rəqibi daha da cəsarətləndirə bilərdi. Ona görə də Ebuyenin əllərindən tutaraq onu qaldırdım.
– İstanbula gəldiyindən bəri özünüzdə nə kimi dəyişikliklər hiss edirsən? Komandaya adaptasiyanız çox vaxt apardımı?
– Buraya gəlməzdən öncə “Qalatasaray”ın Türkiyənin ən böyük komandalarından biri olduğunu bilirdim. Amma “Qalatasaray”ın yalnız Türkiyənin deyil, həm də Avropanın ən güclü komandalarından biri oduğunu düşünürəm. Ona görə də ilk vaxtlar azarkeşlərin oyunumu bəyənməyərək məni tənqid etməsini düzgün qarşıladım. Mətbuatda da çoxlu sayda tənqid edildim, amma sonda bunun ölkəizdə də normal qəbul edildiyini anladım. İlk vaxtlar aldığım zədələr həyatımda ağır izlər buraxmışdı. Amma komandaya adaptasiya ola, öz oyunumu göstərə bildim.
– Mövsümün sonunda “Qalatasaray”la müqavilənizin vaxtı bitmiş olacaq. Siz bununla bağlı nə etmək niyyətindəsiniz?
– Özümü İstanbulda çox yaxşı hiss edirəm və “Qalatasaray”la birgə kuboku yenidən başım üzərinə qaldırmaq istəyirəm. Əgər müqaviləmin müddəti başa çatandan sonra da “Qalatasaray”da oynamağa davam etsəm, onda bununla fəxr edəcəyəm.
– O zaman kuboku başınız üzərinə qaldırıb küçədə maşınınızla birgə qələbəni bayram edər, müqavilənin müddətini artırarsınız…
– Planım siz deyən kimi bundan ibarətdir. Ancaq qələbəni bayram edərkən maşınımı özüm sürmək istəyirəm. Bu xoş anı videoya çəkməyi isə başqa birisindən xahiş edəcəyəm. Tərcümə edən Əziz Mustafa