Seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslara başlanılıb

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında 47 sayl Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslara başlayıb.

47 saylı Mingəçevir DSK-nin sədri Oqtay Məmmədov seçici siyahıları ilə işin aparılması, seçki -qabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komisiyaları ilə səmərəli əlaqələrin qurulması istiqamətində görüləcək işlərdən danışıb.

 

Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizimlərindən söz açıb.

Mingəçevir şəhər Məhkəməsinin sədri Usaməddin Osmanov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən danışıb.

Esmira Hidayətova, Mingəçevir