Seçicilərin çoxu seçkilərə məhəl qoymadı

0
391

Ermənistanda keçirilən parlament seçkilərinin sonuna – 20:00-a yekun seçici fəallığı 48,63 faiz təşkil edib. BAunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçan deyib.

Ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyətinin ümumdövlət seçkilərinə məhəl qoymadığını bildirən T.Mukuçan səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfərin seçkidə iştirak etdiyini söyləyib. 

Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın “Mənim addımım” bloku ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43%-ni toplayır. Həmçinin seçkilərin yekununa görə, “Çiçəklənən Ermənistan” və (8,27% səs) “İşıqlı Ermənistan” (6,37% səs) partiyaları parlamentə keçir.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Keçmiş hakim Ermənistan Respublika Partiyası 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib. “Daşnaksutün” fraksiyası seçicilərin 3,89% səsini toplaya bilib.