Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

377

Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.

Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd edilir.

Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.

Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək, yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Modern.a