Saziş imzalanacaq

538

Azərbaycan ilə Rusiya arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş layihəsi hazırdır və yaxın vaxtda imzalanacaqdır. Bu barədə Bakıda səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev iyunun 2-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Nazir demişdir: “Sənəd layihəsi hazırdır və iyulda artıq imzalanma baş tuta bilər. Tərəflər bu sazişə qədər uzun məsafə qət ediblər. İşlər bir neçə il ərzində aparılmışdır. Əminəm ki, bu sazişin imzalanması əmtəə dövriyyəsini və qarşılıqlı investisiyaların həcmini artıracaqdır”.