Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 83,5 min nəfər və ya 0,9% artaraq oktyabr ayının 1-i vəziyyətinə 9 mln. 676 min 500 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%ni isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür. Bu 9 ayı ərzində ölkədə 123,3 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə bu göstərici 17,3 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2238-i əkiz, 66-sı isə üçəmdir.Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.
Son xəbərlər
Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür
Almaniyanın onlayn nəşrlərinin birində Potsdam Universitetinin İqtisadi nəzəriyyə kafedrasının professoru doktor Vilfrid Furmanın “Qafqazda sülh və əməkdaşlıq?” sərlövhəli məqaləsi yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, həmin...