“Sarkisyan Putindən razılıq alsa qan tökəcək, almasa…”

0
290

Ermənistanda vəziyyət getdikcə gərginləşir. Paytaxt Yerevanda keçirilən etiraz aksiyalarına bu gün hərbçilər də qoşulub. Onlar faktiki olaraq, eks-prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən müxalifətə dəstək veriblər.

Ermənsitanda vüsət alan etirazların sone necə görünür? Modern.az-ın məlumatına görə, analitik, siyasi yazar Azər Rəşidoğlu işğalçı ölkədə baş verənləri belə şərh edib:

“Moskva Serj Sarkisyanı Avropa ilə əməkdaşlıq müqaviləsini bağışlamır. Serji indi ancaq Putin xilas edə bilər. Putindən razılıq alsa qan tökəcək, almasa, tökülən qanda özü batacaq. Rusiya Qarabağda atəşkəsi pozmaq istəmir. Ukrayna, Suriya və Cənubi Qafqazda savaş Kremlə sərf etmir. Bizə nə lazımdır, Xocalı canisinin başı, yoxsa başları özlərinə qarışan ermənilərə zərbə endirmək?!”.

A.Rəşidoğlunun sözlərinə görə, Sarkisyanın hakimiyyətdən getməsi, heç bir halda Rusiyanın bu ölkəyə təsirini azalda bilməz:

“Seji ruslar vuracaqsa, onun yerinə öz vassalını otuzduracaqlar. Ermənistandakı aksiya demokratik inqilab deyil, baxmayaraq ki, proseslərdə Qərb də iştirak edir, bununla yanaşı, baş verənlər rusların növbəti addımıdır – ya mənimlə olursan, ya səni öz qanında batırıram mesajıdır. Kremlin nəzarətində olan saytlar mitinqlərdən anbaan məlumat verir və müxalifətə dolayı dəstək verir. Serji Qərbdən daha çox ruslar sıxır və nə baş verəcək sualı hələ açıq qalır. Qərarı Putin verəcək. Paşinyan olmayan “soyqırım”ın 103 illiyinə görə geri çəkilsə, deməli, ruslar Serji xilas edəcəklər”.