Sarıqamış hərəkatının 107-ci ildönümü qeyd olunur

33

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsini yad etmək üçün anım yürüşü keçirilib. Yürüşdə hökumət nümayəndələri, yerli hakimiyyət orqanlarının rəhbərləri, eləcə də ölkənin müxtəlif bölgələrindən təşrif buyuran ziyarətçilər iştirak ediblər.

azərtac “TRT Haber” telekanalına istinadla xəbər verir ki, 15 Temmuz Demokratiya meydanına toplaşan izdiham 107 il əvvəl baş verən faciənin qurbanlarını ehtiramla anıb

Bildirilir ki, təxminən on min nəfərlik izdiham Türkiyənin dövlət bayrağını dalğalandıraraq üç kilometr yürüş edib. Sonra yürüşçülər Yuxarı Sarıqamış Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ölkə ərazisində Sarıqamış şəhidlərinin xatirəsi müxtəlif formalarda anılıb. Məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. “Qarı yorğan edənlər” şüarı altında şəhidlərin əziz xatirəsinə qardan heykəl düzəldilib. Bunun üçün Cıbıltəpə Xizək Mərkəzinə təxminən 200 yük maşını qar daşınıb.