Fransada “Sarı gödəkçəlilər” hərəkatı sayca on birinci etiraz aksiyalarına hazırlaşır. Ənənəvi olaraq şənbə günü ölkənin böyük şəhərlərində etiraz yürüşlərinin keçirilməsi nəzərdə tutulub. Bu dəfə təşkilatçılar Parisdə gecə aksiyası keçirmək niyyətindədirlər. Şərti adı “sarı gecə” olan aksiyanın saat 14.00-dan başlayaraq növbəti günədək davam etdirilməsi nəzərdə tutulur. Təşkilatçılarda verilən açıqlamada göstərilir ki, sakit etiraz aksiyalarının məqsədi polisin aqressiv, antidemokratik və qeyri-adekvat davranışını pisləməkdir. Aksiyaya Parisin mərkəzindəki “Respublika” meydanında start veriləcək.
Son xəbərlər
Mingəçevir şəhər Ağsaqqallar Şurasının iclası keçirilib
Mingəçevir şəhər Ağsaqqallar Şurasının iclası keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədrinin müavini Eldar İbrahimov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir...