Saraya daxil olmuş sıravi vətəndaşlar

609
Müasir dünyada hələ də kral və kraliça tərəfindən idarə olunan dövlətlər mövcuddur. Bu ölkələri idarə edən ailələr əsil-nəcabəti zadəgan sülalərdən hesab olunurlar. Ancaq İngiltərə şahzadəsindən, Monako hersoginyasına kimi bir çox kral ailə mənsublarının əslində heç bir zadəganlığı yoxdur. Onlar belə demək mümkünsə küçədən saraya daxil  olmuş sıravi vətəndaşlardı. Sizə kral ailə üzvlərindən biri ilə evlənib şahzadə, hersoq və ya hersoginya titulları alanlardan bəzilərini təqdim edirik:
1. Maksima SorrigiyetaAlmaniyanın “Deutsche Bank”ında çalışan Maksima Sorrigiyeta hollandiyalı Villem Aleksandrla tanış olarkən onun bir şahzadə olduğundan xəbərsiz olub. 1999-cu ildə İspaniyada bir yığıncaqda tanış olan cütlük 2002-ci ildə evləniblər. Ötən ildən M. Sorrigiyeta Niderland kraliçası titulunu daşıyır.

 

 

2. Kristofer Tomas

Kristofer Tomas Uqanda şahzadəsi Rut Komuntale ilə tanış olmadan öncə “Discovery Channel” şirkətinin mühasibatlıq şöbəsində sadə bir işçi olub. Uqanda şahzadəsi təhsil almaq üçün ABŞ-a gəlir və burada K. Tomasla tanış olur. Bu tanışlıq evliliklə və K. Tomasın kral ailəsinin bir üzvünə çevrilməsi ilə nəticələnir.

 

4. Ketrin Midlton

İngiltərə şahzadəsi Uilliamla evlənərək Kembric hersoginyasına çevrilən Ketrin Midltonun atası pilot, anası isə stüardessa olub. K. Midlton Şahzadə Uilliamla universitet illərində tanış olub.

 

5. Silvia Zommerlat

1972-ci ildə Yay Olimpiya Oyunlarında tərcüməçi olaraq çalışan Silvia Zommerlat burada İsveç şahzadəsi ilə tanış olur. S. Zommerlat 1976-cı ildə İsveç taxtına namizəd Karl Qustavla evlənir.

 

6.Mitiko Shoda

Yaponiya imperatorunun xanımı olan Mitiko Shoda həyat yoldaşı ilə 1957-ci ildə bir tennis oyununda tanış olub.

 

7. Mette-Marit Tyessem Hoibi

Hoibi bir rok musiqi festivalında Norveç şahzadəsi ilə tanış olur və bu tanışlıq daha sonra evliliklə nəticələnir.

 

8. Fərəh Pəhləvi

Fransada təhsil alan zamanı Fərəh 1959-cu ildə İran şahı Məhəmməd Rza Pəhləvi ilə görüşür. İranın Fransadakı səfirliyində təşkil olunan görüşdə Fərəh şaha bu ölkədə təhsil alan iranlı tələbə kimi təqdim olunur. Elə həmin ilin sonu onların toyu baş tutur. Fərəh Pəhləvi İran şahının üç xanımımdan biri olub. Ancaq yalnız onun üçün tacqoyma mərasimi keçirilib.

 

9. Letisia Ortis Rokasolano

Bir vaxtlar “CNN” telekanalının müxbiri olan Rokasolano İspaniya şahzadəsi Feliplə evlənməklə şahzadə titulunu qazanıb.

 

10. Angela Gisela Braun

Nyu Yorkda bir modelyer olaraq çalışan Angela Braun hazırda Lixtenşteyn şahzadəsidir. A. Braun Avropanın ilk Afrika mənşəli şahzadəsidir.