Sakinlərlə görüş keçirilib

48

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti  səyyar görüşü olub. Görüşdə bir çox probemlər nəzərə çatdırıldı.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü  N. Nərimanov küçəsindəki 12 nömrəli yaşayış binasının ərazisində yaşayan sakinlərlə oldu. Qeyd edək ki, ötən il bu ərazi abadlaşdırılmış, səkilər qaydaya salınmış, sakinlərin arzusuna uyğun olaraq əraziyə asfalt örtüyü çəkilmişdir. Eyni zamanda ağaclar ağardılmış, suvarılma sistemi həyata keçirilmiş, əraziyə sakinlərin rahatığı üçün oturacaqlar, söhbətgahlar qoyulmuş binaların fasad hissələri əsaslı təmirdən çıxarılmış, dəhlizlərə seyf qapılar qoyulmuşdur. Lakin bununla yanaşı ərazidə bir sıra problemlər də qalmaqdadır. Məhz bunu nəzərə alaraq şəhər icra hakimiyyətinin başçısı İ. İsmayılov saknlərlə növbəti görüşə gəlmişdir. Icra başçısı sakinləri salamladıqdan sonra cənab prezidentin tapşırığına müvafiq olaraq sakinlərlə ardıcıl görüşlərin keçirlməsinin vacibliyini vurğuladı və bu məqsədlə də səyyar görüşlərə üstünlük verilməsni diqqətə çatdırdı. O, eyni zamanda ölkədə və şəhərimizdə aparılan abadlıq-quruculuq işlərindən bəhs etdi. İlin əvvəlindən bəri Mingəçevirdə su-kanalizasiya xətlərinin qaydaya salınması istiqamətində işlərin aparıldığını bildirdi.

Görüşdə sakinlər  açıq mikrofon qarşısında  çıxış edərək onlara göstərilən diqqət və qayğıya ğörə ölkə rəhbəri İlham Əliyevə və şəhər icra hakimiyyətinə minnətdarlıqlarını ifasdə etdilər, belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladılar, prpoblem və çətinlikərindən bəhs etdilər. Xüsusilə kanalizasiya sisteminin, qazın və işığın  təzyiqinin qeyri-normal olmasnı, ətrafdakı oturacaqların təmirə ehtiyacı olmasını, övladlarına iş verilməsini diqqətə çatdırdılar. Eyni zamanda enerji gərginliyinin artıb -azalmasından da söhbət açdılar.

Sakinlərin arzu və təkliflərini diqqətlə dinləyən şəhər rəhbəri aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verərək əminliklə bildirdi ki, problemlərin həlli üçün lazım olan bütün tədbirlər görüləcəkdir.

Esmira Hidayətova,Mingəçevir.