Sakinlər razılıq bildirdilər

93

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti  səyyar görüşü Energetiklər qəsəbəsində keçirilib. Görüş 4 saylı məktəbin akt zalında olub. Görüşə gələn icra başçısı məktəbin səliqə səhmanından, məktəbin həyətində eləcədə məktəbin dəhlizində göz oxşayan gül-çiçəklərin düzlüşü, təmizliyindən və 9 il öncə təmir olunmasına baxmayaraq yeni təmir olunmuş məktəb kimi qalmasında məktəbin direktoru Azər Qazıyeva təşəkkürlərini bildirib.

Başçı, Mingəçevirdə həyata keçirilən işlərdən bəhs etdi. Su, kanalizasiya qaz işıq sahəsində həyata keçirilən quruculuq işlərini önə çəkdi. Bildirdi ki, bu gün Mingəçevirdə demək oar ki, bu sahədə problemlər tamamilə aradan qaldırılır. Yaxın vaxtlarda insanları daha çox narahat edən kanalizasiya sisteminin tamamilə yararlı vəziyyətə gətiriləcəyini nəzərə çatdırdı: ”Cənab Przedentin tapşıqığına uyğun olaraq keçirilən belə görüşlər işimizin yüksəlişinə kömək edir. Odur ki, görüşdə qoyulmuş sərbəst mikrafondan istifadə edərək qarşılaşdıqlarınız problemlər haqqında fikirlərinizi söyləyə bilərsiz”.

Çıxış edən sakinlərdən əslən Ağdam rayonundan olan Ələmdar Hüseynov şəhərdə görülən işlərə öz müsbət fikirini bildirdi. İcra başçısının şəhər sakinlərə göstərdiyi səmimiyyətə görə minətdarlıq bildirdi.

Digər sakin Murad Əhmədov öz şəxsi problemini dilə gətirdi. Qarabağ müharibəsi əlili Əbülfət Babayev Naxçıvan küçəsində  bir neçə dayanacaqların olmasına ehtiyac duyulduğunu bildirib. Digər çıxış edən sakinlərdən bəziləri isə qəsəbənin küçələrinin ara yollarına asfalt qırıntısının tökülməsini istədilər.

Görüş Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun məsələlərə yaxından müdaxiləsi ilə davam edib, yeri gəldikcə görüşdə iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işçilərinə, idarə müəssisə təşkilat rəhbərlərinə verilən tapşırıqlarla yekunlaşdı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı sakinlərə əminliklə bildirdi ki, şəhərimizdə bütün binların əsaslı təmiri, məhəllə və dalanlarda işıqlanma sisteminin tamamilə qurulmasına nail olunacaqdır.

Esmira Hidayətova, Mingəçevir.