Bir nəfər belə qayda pozmamalıdır

454

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, Mingəçevir şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış işçi qrup tərəfindən həyata keçirilən tədbirlər gücləndirilmişdir. Belə ki, qida məhsullarının ticarəti ilə məşğul olan topdan və pərakəndə satış obyektlərində, bazarlarda, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində monitorinqlər aparılır. Əhaliyə tövsiyə edilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl olunsun: İşə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra  əllər yuyulmalıdır. Hər kəs ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə etməli, məsafə saxlamalıdır. Hökumətimiz tərəfindən virusa qarşı həyata keçirilən tədbirlərin səmərəli və effektiv olması isə həm də hər bir vətəndaşın şəxsi məsuliyyətinə bağlıdır. Odur ki, koronavirusun alovlanmaması üçün bir nəfər belə qayda pozmamalıdır. Buna görə də vətəndaşlarımız daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər.

Qeyd edək ki, Şəhər İcra Hakimiyyətinin tapşırığı və nəzarəti ilə şəhər ərazisində dezinfeksiya işləri də mütəmadi olaraq həyata keçirilir.
Esmira Hidayətova, Mingəçevir