Mingəçevirdə “Şahmat bir oyun deyil, həyat fəlsəfəsidir”

651

Mingəçevir şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin və Mingəçevir Regional Debat Mərkəzinin tərəfdaşlığı, Gənclər Evinin dəstəyi və Mingəçevir Dövlət Universitetinin evsahibliyi ilə VIII qrant müsabiqəsinin qalibi Kamran Əliyevin “Şahmat bir oyun deyil, həyat fəlsəfəsidir” layihəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edənlər – Mingəçevir Gənclər və İdman İdarəsinin rəis müavini Sahil Hüseynov, Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə, layihənin rəhbəri Kamran Əliyev bildiriblər ki, layihənin keçirilməsində məqsəd gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə, o cümlədən intellektual idman növü olan şahmata cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunmasıdır.

Layihə rəhbəri Kamran Əliyevin verdiyi məlumata görə layihə çərçivəsində təlimlər Mingəçevir Dövlət Univeristetində, Mingəçevir Turizm Kollecində, Mingəçevir Tibb Kollecində, Mingəçevir “İstək” liseyində və Mingəçevir Peşə Məktəbində, daha sonra Mingəçevirdə yaşayan və təhsil alan gənclər arasında şəhər birinciliyi keçiriləcək. Layihənin sonunda 3 qalibə kubok, bütün iştirakçılara sertifikat veriləcək.

Esmira Hidayətova.Mingəçevir.