Şahin Fazil ilə görüş keçirilib

48
Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”ndə tarix elmləri doktoru, professor, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, şair, şərqşünas, tərcüməçi Şahin Fazil ilə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə Kompleksin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova açmış və qonaqları salamlamışdır. AYB Quba bölməsinin sədri, Ziya Paşa və Əhməd Cavad mükafarları laureatı, şair Ramiz Qusarçaylı Şahin Fazil yaradıcılığından söz açmış, ona yeni-yeni yaradıcılıq uğurları arzulamışdır. Sonda Şahin Fazil yeni şeirlərini oxumuş, görüş iştirakçılarının suallarını cavablandırmış, təşkil olunmuş tədbirə görə öz minnətdarlığını bildirmiş, sonuncu divanını Kompleksin kitabxanasına hədiyyə etmişdir.