“Şahdağ”da yay mövsümünə başlanılıb

0
477
Qusarda yerləşən “Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümünə başlanılıb.  Bu istirahət mərkəzində turistlər üçün 12 növ müxtəlif əyləncə və idman oyunları nəzərdə tutulub. Burada yeni başlayanlar, eləcə də daha təcrübəli turistlər üçün çoxlu sayda dağ gəzintiləri təşkil edilir. Yalnız ailə və ya dostlarla gəzmək istəyənlər fərdi gəzintilər sifariş verə bilərlər. Turizm kompleksində uşaqlar və böyüklər üçün mini kvadrosikllərlə gəzintidən həzz almaq imkanı da yaradılıb.

Qısa təlimatdan sonra gəzinti xüsusi müəyyənləşdirilmiş cığır çərçivəsində həyata keçirilir. Kompleksdə bacarığa uyğun olaraq müxtəlif ərazilərdə və ya dağdan aşağıya doğru velosiped sürməklə gözəl dağ mənzərələrindən zövq almaq imkanı yaradılıb.
Dağda seqveylə gəzinti də turistlərin ən çox sevdikləri əyləncələrdəndir. Seqveylər iki təkərli, öz-özünü tənzimləyən elektrik nəqliyyat vasitəsi kimi gəzinti üçün çox əyləncəli vasitədir. Turistlərə seqveylə gəzinti üçün istirahət guşəsinin yüksəkliklərinin valehedici gözəlliyindən həzz almaq üçün bir neçə cığır təqdim olunur. Xüsusi bələdçilər qonaqlara dağa qalxmaqda kömək edirlər.
“Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümünə sentyabr ayında yekun vurulacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here