“Sabirin dərs dediyi məktəb və Şadlıq evi”

425

“Bir neçə saatlıq vaxt tapdım, ənənə üzrə kitabxanalardan birinə baş çəkməyi qərarlaşdırdım. Kitabxanalarda, kitab mühitində olmağı xoşlayıram, üstəlik də kitabxanaçılarla kitab barədə söhbət etməyin ayrı zövqü olur”. “Yeniavaz”ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, Azərbaycanda həqiqətən də kitabı sevən, onun dəyərini bilən bir-birindən qiymətli kitabxanaçılar var, onların mütailə ilə, oxucularla bağlı fikirlərini dinləmək çox maraqlıdır: “Bu dəfə yolum Balaxanıdakı Sabir adına Kütləvi kitabxanaya düşdü. Kitabxananın müdiri Məlahət xanım təcrübəli kitabxanaçıdır, həm də Balaxanıda doğulub başa çatıb. Sürpriz o oldu ki, vaxtilə Mirzə Ələkbər Sabirin yaşadığı kiçik bir otaqda çay içərək söhbətləşdik. Olduğum müddətdə kitabxanaya 10-12 iki yaşlarında bir neçə uşağın kitab oxumaq üçün müraciət etdiyini görəndə xeyli sevindim. Sabir burada 1910-1911-ci illərdə xəstəliyiinin şiddətləndiyi vaxtlarda yaşayıb. Bizim çay içdiyimiz 8-9 kvadratmetrlik otaqda sıxıntı içində güzəran keçirən müəllim olub. Beş addım o tərəfdəki birmərtəbəli qonşu binada isə məktəb yerləşir, Sabir orada dərs deyərək çörəkpulunu qazanıb”.

F. Mustafa qeyd edib ki, kitabxanaçı xanımlara təşəkkür edib çıxarkən, Sabirin dərs dediyi məktəbə də yaxınlaşıb gözlə incələdim: “Məktəbin əsas hissəsi indi Şadlıq Evi kimi fəaliyyət göstərir. Təəccüblənmədim. 21-ci əsrdə Sabirin dərs dediyi məktəb tarixi ənənəsi olan bir universitet olmyacaqdı ki?… Sabirin içinin qan ağlamasına baxmayın, biz XX əsrin başlarında olduğu kimi, XXI əsrin başlarında da biz elliklə şadlıq etməkdəyik. Ancaq maraqlı hekayə mövzusudur: “Sabirin dərs dediyi məktəb və Şadlıq evi”. Deyilmi?”.