“Sabahın alimləri” fəaliyyətlərini davam etdirirlər

195

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsi”nin qalibi, Mingəçevir şəhər R.Mirabov adına  7 saylı tam orta məktəbin İxtiraçı gənclər – “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlıq layihəsi çərçivəsində fəaliyyətlərini icra planına uyğun olaraq uğurla davam etdirməkdədirlər.

Layihənin təlimləri “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri, fizika – riyaziyyat elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin dosenti Samir Orucov tərəfindən həyata keçirilir.

Layihə rəhbəri, məktəbin direktoru Anar İsmayılovun verdiyi məlumata görə, təlimlərdə iştirak edən və təlimləri yekunlaşan şagirdlər tərəfindən bir neçə ideya ortaya çıxmış, hazırlanmış və qeydiyyatdan keçmişdir.

Qeyd edək ki, layihənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Layihə 15.09.2021-ci il tarixindən 28.02.2022-ci il tarixinə kimi  əhatə  edəcək. Layihə iştirakçıları hüququ qazanmış  60 şagirdə  8 fərqli mövzuda təlimlər keçirilməsi planlaşdırılmışdır.

Layihənin sonunda layihədə iştirak edən şagirdlər sertifikatla mükafatlandırılacaqlar.

Esmira Hidayətova, Mingəçevir